Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı

Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı®"Unibank"ın mobil bankçılıq xidməti Leobank tərəfindən uşaqlar üçün təqdim edilən Leo Uşaq Kartının istifadəçilərinin sayı 20 000-ə çatıb. Bu göstərici uşaqların maliyyə vərdişlərinin formalaşdırılmasına və valideynlərə gündəlik xərcləri idarə etməyə imkan verən həllərə marağın artdığını göstərir.
7-18 yaş arası uşaqlar üçün nəzərdə tutulan kart, uşaqlara öz pullarını idarə etməyi öyrənmək, valideynlərə isə xərclərə nəzarət etmək, limitlər təyin etmək və əməliyyatlar barədə real vaxt rejimində məlumat almaq imkanı yaradır. Beləliklə, uşaqlar maliyyə müstəqilliyinə ilk addımlarını atarkən, valideynlər də nəzarəti əllərində saxlayırlar.
İyun ayında keçirilən lotereya isə istifadəçilər üçün ilin ən yaddaqalan hadisələrindən biri olub. Kart sahiblərindən biri ailəsi ilə birlikdə Disneyland Paris Hotel-ə üçnəfərlik səyahətin qalibi olub. Hədiyyə paketinə Parisə gediş-dönüş aviabiletləri, 5★ Disneyland Paris Hotel-də 3 gecə, 4 gün qalmaq, Disneyland Paris-ə giriş biletləri və viza dəstəyi daxil edilib.
Öyrədən və qoruyan kart
Məhsul uşağın gündəlik istifadə edə biləcəyi tam hüquqlu bank kartı olmaqla yanaşı, valideynlər üçün geniş nəzarət imkanları təqdim edir. Kartın verilməsi və çatdırılması pulsuzdur və valideynlərdən biri özünün və uşağın şəxsiyyət vəsiqəsini təqdim etməklə, onu əldə edə bilər.
Uşaqlar üçün imkanlar:
Şəxsi kart və istifadəsi rahat Leobank tətbiqi;
Seçilmiş kateqoriyalarda 20%-dək keşbek;
Xəyallar üçün pul toplamağa imkan verən və illik 6% gəlir təqdim edən Xəzinə;
Aktivliyə görə mükafatlar və kart dizaynını dəyişmək imkanı;
Xərcləri izləməyə və büdcəni planlaşdırmağa kömək edən xərc analitikası.
Valideynlər üçün imkanlar:
Limitlərin təyin edilməsi, alış kateqoriyalarının bloklanması və nağdlaşdırmanın qadağan edilməsi;
Hər bir əməliyyat barədə bildirişlər və real vaxt rejimində çıxarışa giriş;
Pulsuz qeydiyyat, çatdırılma və kart balansının artırılması.
Kartı necə əldə etmək olar?
Kartı sifariş etmək üçün valideyn Leobank tətbiqində "Menyu" → "Uşaq kartı aç" bölməsinə keçərək uşağın məlumatlarını daxil etməli və müraciəti təsdiqləməlidir. Daha sonra çatdırılma üsulu və vaxtı seçilir.
Leobank haqqında
"Unibank"ın mobil bankçılıq xidməti olan Leobank Azərbaycanda ilk yalnız mobil bankçılıq xidmətidir. Leobank müştərilərinin sayı 1,5 milyondan çoxdur. / banker.az

Banklar     Tarix: 12 avqust 2026

Oxşar xəbərlər

"Standard Chartered" BƏƏ-də müştərilərinə "bitcoin" və "ethereum" ticarəti təklif etməyə başladı

Böyük Britaniyanın beynəlxalq bankı "Standard Chartered" yüksək gəlirli müştəriləri üçün kriptovalyuta ticarəti xidmətini istifadəyə verib. Müştərilər mövcud bank hesabları vasitəsilə birbaşa "Bitcoin"

Hökumət 2030-cu ilədək dolları 1.7 manat səviyyəsində götürüb – Proqnoz açıqlandı

İqtisadiyyat Nazirliyinin 2027–2030-cu illər üzrə makroiqtisadi proqnozlarında manatın ABŞ dollarına qarşı məzənnəsi dəyişməz — 1 dollar üçün 1,70 manat səviyyəsində nəzərdə tutulub. xəbər verir ki, bu fərziyyə dövlət v

"Yelo Bank" ilk üç rübdə 17 milyon manat xalis mənfəət əldə edib

"Yelo Bank" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını faiz gəlirləri 17,4% artaraq 153,52 milyon manata yüksəlib. Bunun 143,78 milyon manatı müştərilərə verilən kreditlərdən əldə olunub və illik müqayisədə 17,1

Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi

Azərbaycanda bankların 9 aylıq xalis mənfəəti 1,08 milyard manatı ötüb – ABB, Kapital Bank və PAŞA Bank ilk üçlükdədir. 30 sentyabr 2026-cı il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların xalis mənfəət göstəricilərin

21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub

Azərbaycandakı banklar 2026-cı ilin 9 ayı (yanvar-sentyabr) üzrə maliyyə göstəricilərini açıqlayıblar. xəbər verir ki, 21 bankdan 21-i də maliyyə göstəricilərini açıqlayıb. Bankların hamısı 2026-cı ili 9 ayını xalis mənfəətl

"PAŞA Bank" 134 milyon manata yaxın xalis mənfəət açıqladı

"PAŞA Bank" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını 133 milyon 802 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 965 min manat və ya 0,7% çoxdur. Bankın faiz gəlirləri və kredi

Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı

Azərbaycan kapital bazarında yeni investisiya imkanı yaranıb. "Ziraat Bank Azərbaycan" ASC-nin 15 milyon manat həcmində istiqraz buraxılışının ikinci tranşı üzrə abunə yazılışına bu gündən start verilib. İstiqrazla

2026-cı ilin ilk üç rübündə ən böyük xalis mənfəət əldə edən bankların RENKİNQİ

Azərbaycanda renkinqdə yer alan 21 bankın xalis mənfəəti 2026-cı ilin ilk doqquz ayında ötən ilin eyni dövrü ilə müqayisədə 18,7% artaraq 1 081,79 milyon manata çatıb. Bir il əvvəl bu göstərici 911,28 milyon manat olub. Banklarda

Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb

"Atəşgah Həyat" Sığorta Şirkətinin baş direktoru Şəfəq Həsənova Özbəkistanın "ABB Davr Bank"ının Müşahidə Şurasının müstəqil üzvü seçilib. xəbər verir ki, qərar bankın səhmdarlarının oktyabrın 9-da keçirilə


iqtisadi xeberler dollar mezenne investisiya kripto valyuta kurslari