Livanda elektrik enerjisi kəsiləcək - SƏBƏB
Livanda yeganə istilik elektrik stansiyası olan "Electricite du Liban" dizel yanacağı ehtiyatlarının tükənməsinə görə bu gündən işini dayandıracaq.
KONKRET.az xəbər verir ki, bu barədə "L"Orient-Le Jour" qəzeti məlumat yayıb.
Bütün ölkə ərazisində elektrik enerjisinin kəsilməsi gözlənilir.
Energetika Nazirliyindən bildirilib ki, Livan və İraq avqust ayında stansiyaya yanacaq tədarükü barədə razılığa gəlib. Lakin sonradan bu baş tutmayıb. Növbəti yanacağın tədarükü sentyabrın 5-nə planlaşdırılıb. Yanacaq qəbul edildikdən sonra İES-in fəaliyyəti bərpa ediləcək.
Qeyd edək ki, Livan sonuncu dəfə 2021-ci ilin oktyabrında ölkədə fəaliyyət göstərən iki elektrik stansiyasının yanacaq çatşımamazlığına görə bağlandığı vaxt işıqsız qalıb.
İqbal Rzayev,
KONKRET.az
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad