London Rusiya neftinin nəqli üzrə xidmətlərə qadağa qoyacaq
Böyük Britaniya Rusiya neftinin Qərb ölkələri tərəfindən müəyyən edilmiş maksimum qiymətə və ya ondan aşağı qiymətə alınmadığı təqdirdə daşınması üzrə xidmətlərin göstərilməsinə qadağa tətbiq edəcək.
Bu barədə cümə axşamı Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant bildirib.
Məlumata görə, qadağa dekabrın 5-dən qüvvəyə minəcək və Böyük Britaniyada fəaliyyət göstərən şirkətlər tərəfindən göstərilən xidmətlərə, o cümlədən sığorta, brokerlik və neft daşınması sahələrinə şamil ediləcək.
Qeyd edək ki, hələ iyun ayında Aİ və Böyük Britaniya Rusiya neftini daşıyan gəmilərin sığortasına qadağa tətbiq etmək barədə razılığa gəlib. Bildirilib ki, bu addım sayəsində Rusiya ən böyük sığorta bazarı olan "Lloyd"s of London"a çıxışını itirəcək. Xatıraladaq ki, adıçəkilən bazar iştirakçılarının sırasına dünyanın 50-dən çox aparıcı sığorta şirkəti, 200-dən çox sertifikatlı broker və 4000-dən çox səlahiyyətli nümayəndədən ibarət qlobal şəbəkə daxildir. / banker.az
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd