Loqoped mərkəzində işgəncə görən uşağın anası: 'Əvvəl kamera ilə izləyə bilirdik, sonradan dedilər ki
Uşaqlara işgəncə verən "Mehnur" Reabilitasiya Yaşam Mərkəzi bu gün fəaliyyətini dayandırıb.
azxeber.com "Yeni Sabah"a istinadən xəbər verir ki, bu gün körpələr mərkəzə qəbul olunmayıb. Buna səbəb mərkəz əməkdaşlarının hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmaya cəlb olunmasıdır. Ehtimal olunur ki, işgəncə faktları yayılandan sonra mərkəzin fəaliyyəti ümumiyyətlə dayandırılacaq.
Hazırda uşaqları mərkəzdə müalicə üçün yerləşdirilən valideynlər "Mehnur" Reabilitasiya Yaşam Mərkəzinin qarşısına toplanıb.
Yayılan videoda döyülən 4 yaşlı Cavid Cəbrayılovun anası Qasımova Səbinə "Yeni Sabah"a açıqlamasında bildirib ki, övladının eşitmə əngəli var: "İki aydır uşağı müalicə üçün bu mərkəzə qoymuşduq. Əvvəl kamera ilə izləyə bilirdik, amma sonradan dedilər ki, kameralar xarab olub. Uşağın döyüldüyü yer dəhlizdir. Uşağın üzündə xəsarətlər də var".
Maraqlıdır ki, mərkəzin əməkdaşları jurnalistlərin əraziyə toplanmasına qarşı aqressiv münasibət göstərib, onları uzaqlaşdırmağa cəhd göstəriblər.

Mərkəzi Bank niyə "dayandı"? – Faiz qərarı
Birbank-ın "Qazandıran bahar" kampaniyası ilə əlavə bonuslar qazanın
"Poz-Qazan"da 3 ayda - 39 BÖYÜK UDUŞ QAZANILIB
ADRA-da ticarət şəbəkələri ilə əməkdaşlıq məsələləri müzakirə edilib - FOTOLAR
Mərkəzi Bank qiymət artımları ilə bağlı YENİ proqnozunu açıqladı
Sığorta və təkrarsığorta brokerinin xalis mənfəəti 30 faizə yaxın artıb
"Rabitəbank" 4 nominasiya üzrə "Bankçılıq mükafatları – 2025"in qalibi olub
Azərbaycanda taksilərin icbari sığorta xərcləri artırılır
"Bu ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq"
Azərbaycanda yeni verilmiş kreditlərin faizləri artmaqdadır
SMM nədir?
CV-nin tərtib edilməsi prinsipləri
Mcdonalds françayzinqi neçiyədir?
Elon Musk kimdir?
McDonalds haqqında maraqlı faktlar