Macarıstan şirkəti Azərbaycan neftini müntəzəm olaraq emal edə bilər
Bu yaxınlarda ilk dəfə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan nefti özünün Slovakiyadakı "Slovnaft" neft emalı zavoduna tədarük edən Macarıstanın "MOL Group" şirkəti "Azeri Light" neftini müntəzəm olaraq emal edə bilər.
Bu barədə "Slovnaft"dan bildiriblər.
"Bu, birdəfəlik çatdırılma idi, lakin onu müntəzəm etmək imkanı var. Artıq şirkət qərar verə bilər ki, özünün AÇG yatağında hasil olunan xam neft payını satsın və ya onu özünün neft emalı zavoduna nəql etsin. Bu da Slovakiyada, həmçinin şirkətin əsasən fəaliyyət göstərdiyi regionda tədarüklərin etibarlılığını artırır", – "Slovnaft"dan deyiblər.
Qeyd olunub ki, bu şirkətin xam neft tədarüklərinin çevikliliyinin artırılması səylərində mühüm bir addımdır.
"Bundan başqa, Türkiyədə Ceyhan limanından Xorvatiyada Omişal limanına "Seavelvet" tankerinin gəlməsi, daha sonra 90 min ton xam neftin "Adria" boru kəməri ilə Bratislavaya nəqli "MOL Group"un uğur tarixçəsidir. Bu özlüyündə dəyər formalaşması zəncirinin kompleks inteqrasiyasını əks etdirir, belə ki, şirkət pay sahibi olduğu yataqda hasil olunan xam neftdən istifadə etməklə özünün neft emalı zavodlarından birində istehsal olunan neft məhsullarını emal edəcək və satacaq. Neft Bakı yaxınlığındakı Səngəçal neft terminalından Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "MOL Group"un da pay sahibi olduğu Ceyhana nəql olunur", – "Slovnaft"dan bildiriblər.
"Azeri Light" neftindən istifadə etməklə neft məhsullarının sınaq istehsalı apreldə başlayacaq.
Qeyd edək ki, "MOL" "Azəri-Çıraq-Günəşli" blokunda səhmlərin 9.57%-nə sahibdir.
/ banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Evdə biznes qurmağın yolları
"Coca-Cola" haqqında 5 maraqlı fakt
SWIFT nədir?
Ev şəraitində pul qazanmağın yolları
ZARA-nın uğur hekayəsi