Maliyyə lizinqi ilə alınan aktivlərə görə vergi öhdəliyi necə yaranır?

Maliyyə lizinqi ilə alınan aktivlərə görə vergi öhdəliyi necə yaranır?Maliyyə lizinqi üzrə əməliyyatlar Vergi Məcəlləsinin 140-cı maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən,maliyyə lizinqinin obyekti əsas vəsaitlər kimi təsnif ediləcək daşınar və daşınmaz əmlak ola bilər. Maliyyə icarəsi müqavilələri üzrə icarəçi qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edə bilərlər.
Aşağıdakı hallarda əmlak icarəsi maliyyə lizinqi sayılır (şərtlərdən birinin yerinə yetirilməsi kifayətdir):
– lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulur, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malikdir, yaxud;
– icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən artıqdır, yaxud;
– icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır, yaxud;
– icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabərdir və ya ondan artıqdır, yaxud;
– icarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlanmışdır və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa heç kəs tərəfindən istifadə edilə bilməz.
Maliyyə icarəsi əsasında icarəyə götürülmüş aktiv,icarəyəverənin balansından silinir və icarəçinin balansına götürülür. İcarəyəgötürən bu aktivlə bağlı bütün riskləri və mükafatları əldə edir. Yəni bu aktiv üzrə əmlak vergisini icarəyəverən deyil, icarəçi ödəyir və bu aktivin amortizasiya ayırmalarını gəlirdən çıxılan xərc kimi bəyan edir. Ümumiyyətlə, vergitutmaməqsədləri üçün icarəçi maliyyə lizinqi əsasında icarəyə götürülmüş aktivin sahibi kimi, icarə ödənişləri isə kredit ödənişləri kimi qəbul edilir.
Maliyyə icarəsi müqaviləsində kredit ödənişlərinin faiz dərəcəsi göstərilməlidir. Bu dərəcə müəyyən edilmədikdə, habelə maliyyə lizinqi həyata keçirən qeyri-rezidentlərə, qarşılıqlı surətdə asılı şəxslərə maliyyə lizinqi üzrə icarə ödəmələrinin cari dəyərini müəyyənləşdirməkdən ötrü istifadə edilən faiz dərəcəsi ödəmələr aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizi məbləğində götürülür.
Qeyd edək ki, maliyyə lizinqi ilə alınan aktivlərə görə vergi öhdəliyi ilə bağlı maraq doğuran məsələlərə maliyyə mütəxəssisi Vüqar Mirheydərov "vergiler.az"a açıqlamasında aydınlıq gətirib. / banker.az

Xəbərlər     Tarix: 23 sentyabr 2022

Oxşar xəbərlər

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Bu şəxslər 20 il gəlir vergisi ödəməyəcəklər

Yüksək ixtisaslı miqrantlar 20 il gəlir vergisi verməyəcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Miqrasiya Məcəlləsind

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Sabahdan Azərbaycanda onlayn kreditlər üçün yeni qaydalar qüvvəyə minir

Azərbaycanda bankların kredit risklərinin idarə edilməsi mexanizminə mühüm yeniliklər edilib. xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov tərəfindən aprelin 28-də təsdiqlənmiş yeni qaydalar sabahdan (1 oktyabr) qüvvəy

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm


iqtisadi xeberler dollarin kursu bu gun en son xeberler kicik biznes bitkoin almaq