Maşınımdan oğurluq edənlər tapılmayıb' - Nail Kəmərli
Xəbər verdiyimiz kimi, avqustu 25-də tanınmış videobloqer Nail Kəmərlinin avtomobilindən oğurluq edilib.
Bu barədə bloqer öz sosial şəbəkə hesabında məlumat yayaraq bildirmişdi ki, gecə saatlarında yaşadığı ərazidə park etdiyi "Niva" markalı avtomobilə naməlum şəxs və ya şəxslər hücum edib. O, qeyd edib ki, açar seçmə yolu ilə maşının qapısını açaraq oradan çəkilişlərdə istifadə edilən fotoaparat oğurlanıb. Həmçinin avtomobilin maqnitafonu da sındırılaraq yararsız hala salınıb.
Məsələyə DİN-in Mətbuat xidmətindən də münasibət bildirilərək qeyd edilib ki, baş vermiş hadisə barədə polisə məlumat daxil olub və araşdırılır.
Məsələ ilə bağlı azxeber.com-a danışan videobloqer Nail Kəmərli bildirib ki, avtomobilinə hücum edənlər tapılmayıb:"Hazırda araşdırma aparılır. Hələ yeni məlumat yoxdur. Hadisəni törədənlərin tapılması istiqamətində işlər görülür. Ümid edirik, tapılacaq. Yeni məlumat olduqda özüm də sosial şəbəkə hesabımda yayımlayacağam".
Onu da qeyd edək ki, videobloqer bir müddətdir ki, narkomanlarla bağlı videolar çəkir. Nail Kəmərli bu hadisənin narkomaniya ilə bağlı çəkdiyi videolarla əlaqədar olduğunu bildirmişdi.
Aydın Nuri
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi