Maya Sandu: "Qazprom" Moldova üçün qazın qiymətini endirməyəcək

Maya Sandu: Çox güman ki, "Qazprom" oktyabrın 1-dən Moldova üçün qazın qiymətini endirməyəcək.
Bu barədə Moldovanın prezidenti Maya Sandu bildirib.
Məlumata görə, "Qazprom" və "Moldovaqaz" arasında müqavilə qazın qiymətinin hesablanması üçün iki düstur nəzərdə tutur. Aprel-sentyabr aylarında qiymət əvvəlki ay üçün qazın orta aylıq qiymətinin 70%-i (TTF indeksi üzrə) və neft səbətinin qiymətinin 30%-i bazasında formalaşır. Oktyabrdan mart ayına kimi qiymətin 70%-i neft səbətinin, 30%-i isə qazın orta qiymətinin payına düşür.
"Enerji sektorunda "Qazprom"un "Moldovaqaz"la müqaviləni yerinə yetirəcəyinə heç bir zəmanətimiz yoxdur. Bu müqaviləyə əsasən, oktyabrın 1-dən Moldovadan olan istehlakçılar üçün qazın qiyməti əhəmiyyətli dərəcədə aşağı salınmalıdır, müqavilə öhdəliklərinə əməl etmək "Qazprom"un borcudur", – Maya Sandu qeyd edib.
O əlavə edib ki, Moldova hakimiyyəti istənilən ssenariyə hazırdır və bu qış vətəndaşlara yardım göstərməyə hazırdır.
Qeyd olunur ki, hazırda Moldova enerji qiymətlərinin artması səbəbindən enerji böhranı yaşayır.
Xatırladaq ki, Moldovanın Baş naziri Nataliya Qavrilitsa bu il oktyabrın 10-12-də Azərbaycanın paytaxtında keçiriləcək ticarət-iqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan hökumətlərarası komissiyasının iclası çərçivəsində Bakıya səfər edəcək. Müzakirə olunan məsələlər arasında Azərbaycandan təbii qazın idxalının mümkünlüyü də var.
Azərbaycan qazı Avropaya Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir. / banker.az

Xəbərlər     Tarix: 26 sentyabr 2022

Oxşar xəbərlər

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı


iqtisadi xeberler iqtisadiyyat xeberleri en son xeberler investisiya depozit faizleri