"McDonald"s Azərbaycan" plastikdən istifadəni illik 35 tondan çox azaldıb

"Ətraf mühitin müdafiəsi haqqında" Qanuna edilmiş dəyişikliklərə görə, 2021-ci il iyulun 1-dən etibarən plastik tərkibli bir sıra məmulatlardan istifadə qadağan edilib.
Bununla əlaqədar olaraq, bir çox şirkətlər ətraf mühit üçün böyük təhlükə törədən plastik məmulatlardan imtina etməyə başlayıb.
Qeyd edək ki, plastik 100 - 500 il ərzində parçalanır. Bu müddət ərzində onu qida kimi qəbul edən minlərlə dəniz heyvanı və milyonlarla quş tələf olur.
"McDonald"s Azərbaycan" bir sıra həllər tətbiq edərək plastikdən istifadəni azaldan şirkətlərdən biridir. Şirkət plastikin əvəzləyicisi qismində bioloji parçalana bilən və sertifikatlaşdırılan materiallardan istifadə edir.
Şirkətdən bildirilib ki, arxada qalan 1 il ərzində şirkət plastikdən istifadəni 35 tondan çox azaltmağa nail olub.
"McDonald"s Azərbaycan" şirkətinin istifadə etdiyi kağız və karton qablaşdırmalar meşələrə zərər vurmayan sertifikatlı xammaldan hazırlanır. Bu, "McDonalds" restoranlarının fəaliyyətini daha ekoloji və əsas bioloji ehtiyatların beynəlxalq sertifikatlaşma tələblərinə cavab verən hala gətirməyə imkan verir.
"Çalışırıq ki, restoranlarımızda istifadə edilən qablaşdırmalar və materiallar sadəcə tuallantıya çevrilməsin, əksinə, qapalı dövrə iqtisadiyyatının tərkib hissəsinə çevrilsin (klassik xətti istehsal modelini əvəz etmək üçün nəzərdə tutulan qapalı dövrə iqtisadiyyatı əsas diqqəti tullantıların və digər çirkləndirmə növlərinin minimuma endirilməsinə yönəldir – müəllifin qeydi). Korporasiyanın qablaşdırma və tullantılarla bağlı strategiyası təmizliyə riayət etməyə, planetimizi gələcək nəsillər üçün qoruyub saxlamağa və uzunmüddətli perspektivdə biznesimizin dayanıqlılığını təmin etməyə yönəlib", - şirkətdən bildirilib.
"McDonalds" şirkəti öz restoranlarının iş prosesində innovativ ekoloji həlləri daim sınaqdan keçirir və tətbiq edir.
"Məqsədimiz qablaşdırma istehsalında sertifikatlaşdırılmış, emal olunmuş və ya bərpa olunan xammaldan istifadəni 100% səviyyəsinə çatdırmaq və 2025-ci ilin sonunadək daha ekoloji materiallara keçməkdir. 2018-ci ildən etibarən faydalı qazıntıdan (neftdən) əldə olunan plastikdən istifadəni azalda bilmişik və onun payının daha da azaldılması üzərində işləri davam etdiririk. Əvəzedici qismində bərpa olunan, emal olunmuş və sertifikatlaşdırılmış mənbələrdən hazırlanmış materiallardan istifadə edirik", - şirkətdən bildirilib.
Korporasiyanın planlarına görə, 2025-ci ilədək dünyanın 120 ölkəsində fəaliyyət göstərən 38 mindən çox "McDonalds" restoranında istifadə edilən məhsul qablaşdırması və ləvazimatları bərpa olunan, emal materiallarından istehsal olunacaq.

Xəbərlər     Tarix: 10 avqust 2022

Oxşar xəbərlər

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas


iqtisadi xeberler en son xeberler kripto internetden pul qazanmaq kicik biznes