"McDonald's" Qazaxıstanı - Tərk Etmək Niyyətindədir
Amerikanın "McDonalds" şirkəti Qazaxıstanı tərk etmək niyyətindədir.
Eləcə də bax: "McDonald"s" Rusiyada - $1.2 mlrd. İTİRİB
FED.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verir.
Bildirilir ki, respublikada Amerika "fast food" restoranları şəbəkəsinin mümkün bağlanmasının əsas səbəblərindən biri ərzaq təchizatında yaranan fasilələrdir. "McDonalds" rəhbərliyi Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başladıqdan sonra Qazaxıstanda 24 "McDonalds" restoranının sahibi olan yerli "Food Solutions KZ LLP" şirkətinə Rusiyadan ət məhsulları almağı qadağan edib.
Agentliyin məlumatına görə, Qazaxıstan şirkəti tədarük zəncirini yenidən qura bilməyib. Çünki məhsulların Avropadan alınması və daha yüksək qiymətə çatdırılması Qazaxıstandakı restoranların zərərlə işləməsinə gətirib çıxaracaq.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
Evdə biznes qurmağın yolları
İban nədir?
SMM nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?