"Megastore" 20 milyon manatlıq dövriyyədən - CƏMİ 4 MİN MANAT QAZANIB – RƏSMİ HESABAT

Azərbaycanın bəzi pərakəndə ticarət şəbəkələri 2022-ci ilin nəticələrini açıqlayıblar.
FED.az xəbər verir ki, "BM Market" MMC-yə məxsus olan "Megastore" ticarət şəbəkəsinin 2022-ci ildə satış dövriyyəsi, yəni satışdan gəlirləri 20 milyon 328 min manat olub. Satışı maya dəyəri isə 18 milyon 754 min manat təşkil edib.
Nəticədə şirkətin satışdan məcmə mənfəəti 1 milyon 575 min manat olub.
İl ərzində "Megastore" ticarət şəbəkəsinin ümumi və inzibati xərcləri 8 milyon manat olub, yəni məcmu mənfəətdən daha çox.
Amma şirkətin eyni zamanda 229 min manatlıq digər gəlirləri də olub.
Nəticədə "Megastore" ticarət şəbəkəsinin vergilən əvvəlki mənfəəti 4923 manat, 985 manat mənfəət vergisi ödənişindən sonra isə xalis mənfəəti 3938 manat təşkil edib.
Hesabata əsasən "Megastore" ticarət şəbəkəsinin 45 milyon manatlıq aktivləri var. Bunun 24,1 milyon manatı mal-material ehtiyatları, anbarlardakı mallardır.
Şirkətin təqribən 5 milyon manatlıq əmlakı, 4 milyon manatlıq isə debitor borcları, yəni alacaqları var. 11 milyon manatlıq aktivlər isə digər bölməsinə aid edilib.
"Megastore" ticarət şəbəkəsinin kapitalı hələlik mikroskopik ölçüdədir – cəmi 100 manat kapitalla yaradılıb, üstənə də bu ilki mənfəəti – 3938 manatı əlavə edəndə cəmi 4 min manat kapitalı var.
Amma kapitalının cüzi məbləğdə olması ona banklardan 35 milyon manata yaxın kredit cəlb etməyə man olmayıb. "Megastore" ticarət şəbəkəsinin ümumi öhdəlikləri 45 milyon manatdan artıqdır və onun 35 milyon manata yaxın hissəsi bank kreditləridir. 10,3 milyon manat isə ticarət və digər kredit öhdəlikləridir.
"Megastore" ticarət şəbəkəsinin hələlik 11 filialı var.
Xatırladaq ki, 2020-ci ildə yaradılan "BM Market" MMC-nin sahibi Bahramov Nahid Oqtay oğludur.

Biznes     Tarix: 31 may 2023

Oxşar xəbərlər

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycanın "ONYX" şirkəti Koreya texnologiya bazarına birbaşa kanal açır – ŞİRKƏT "GLOBAL BUYER" STATUSU İLƏ TƏMSİL OLUNUB

Korporativ İT infrastrukturu üzrə ixtisaslaşan ONYX MMC Cənubi Koreyada keçirilən World Smart City Expo 2026-da Azərbaycanı "Global Buyer" statusunda təmsil edib və Koreya istehsalçıları ilə birbaşa tədarük danışıqların

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək


iqtisadi xeberler bitkoin qiymeti kicik biznes investisiya dollarin kursu bu gun