"Mələk İnvestorlar Məktəbi"nin növbəti qrup üçün təlim sessiyalarına qeydiyyat başladı

"Technovate-Sabah Mələk İnvestorlar Klubu" Fərid İsmayılzadə tərəfindən təsis edilmiş "Mələk İnvestorlar Məktəbi"nin ikinci mərhələsi üzrə 15-17 may tarixlərində beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlim sessiyalarına erkən qeydiyyatı açıq elan edib.
Mələk İnvestorlar Məktəbinin məqsədi ölkədəki mələk investorların ilk olaraq nəzəri, daha sonra isə onları klub üzvü etməklə praktiki biliklərə yiyələnməsini təmin etməkdir.
Proqramdan məzun olmuş iştirakçılar "Technovate-Sabah Mələk İnvestorlar Klubu"na bir illik pulsuz üzvlük haqqı qazanaraq daha çox inkişaf etmiş ölkələr, xüsusilə də ABŞ startaplarına investisiya qoymaq imkanı əldə edəcəklər. 
Sözügedən məktəbdə tədris alan şəxslərə startaplardan ibarət portfel yaratmaq, seçimləri düzgün aparmaq və maksimum uğurlu nəticələr əldə etmək istiqamətində nəzəri biliklər öyrədiləcək. Məktəbdə dərslər ABŞ-dan olan ekspertlər və eləcə də yerli mütəxəssislər tərəfindən ingilis dilində həyata keçiriləcək. 
Təlimlərə qeydiyyat müddəti mayın 1-nə qədər nəzərdə tutulub.
Martın 31-nə qədər erkən qeydiyyatdan keçən şəxslər 20 faizlik endirim imkanı qazanacaqlar. 
Məktəb haqqında daha ətraflı məlumatı isə www.angelinvestor.az saytından əldə etmək mümkündür.
Qeyd edək ki, hazırda "Technovate-SABAH Mələk İnvestorlar Klubu"na 124 yerli investor üzvdür və onlardan 109-u "Mələk İnvestorlar Məktəbi"nə qeydiyyatdan keçərək 6-8 dekabr tarixlərində beynəlxalq ekspertlər tərəfindən keçirilmiş təlimlərə cəlb olunaraq mələk investisiya sahəsində nəzəri və praktiki biliklərə yiyələniblər. 
Layihənin uğurlu icrası və davam etdirilməsi ölkəmizdə startap ekosisteminin innovativ əsaslarla inkişafına, investisiya fəaliyyətinin və biznes mühitinin təkmilləşməsinə töhfələr verir.  / marja.az

Maraqlı     Tarix: 23 fevral 2024

Oxşar xəbərlər

"Bank olmaq istəməyən fintex, fintex deyil"

Bank olmaq istəməyən fintex, fintex deyil. Bunu "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin sədrinin müavini Eynar Abdullayev Bakıda keçirilən "Azərbaycanın rəqəmsa

"Buckswood School Azerbaijan"ın ilk məzunları dünyanın TOP-100 universitetlərinə qəbul olublar

() İngiltərənin 1933-cü ildən fəaliyyət göstərən nüfuzlu məktəbinin Azərbaycan kampusu ilk tədris ilini beynəlxalq uğurla başa vurub. Azərbaycanda fəaliyyət göstərən ilk və yeganə rəsmi İngiltərə məktəbi olan "Buckswoo

Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək

Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq ediləcək. Marja xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi ilə bağlı fərman imzaladığı "Ümumi təhsil haqqında" qanun

Kütləvi isteriya niyə asanlıqla yayılır və ona necə qarşı durmaq olar?

Alimlər bu fenomeni izah etmək üçün mənəvi panika nəzəriyyəsini irəli sürüblər. Mənəvi panika nədir?. Mənəvi panika, adətən, ictimai normalardan real və ya xəyali sapma nəticəsində yaranan kütləvi isteriyanın sürətlə yayılmasıdır

Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi

CNN-in mövzuya yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Ağ Ev inkişaf etmiş imkanları səbəbindən OpenAI-dan GPT-5.6 modelinin yalnız hökumət tərəfindən təsdiqlənmiş məhdud sayda iş ortağına təqdim olunmasını istəyib

Apple 2027-ci ilədək ən azı 5 yeni iPhone təqdim etməyi planlaşdırır

Apple 2026-cı ilin ikinci yarısından 2027-ci ilin birinci yarısınadək ən azı 5 yeni iPhone modelini təqdim etməyi planlaşdırır. xəbər verir ki, bu barədə "Nikkei Asia" mənbələrə istinadən məlumat yayıb. VTB-də minima

Tullantılar necə biznesə çevrilir? "Tullantıların biznesi" kitabı NƏŞR OLUNDU

Dövlət idarəetməsi üzrə fəlsəfə doktoru (PhD) Ayaz Salmanovun müəllifi olduğu "Tullantıların biznesi: Dairəvi iqtisadiyyat və davamlı gələcək" adlı yeni kitab işıq üzü görüb. Təşəbbüslər və Layihələr Mərkəzini

Kevin Kelli: Süni intellekt hiperreal "mən"in ilk qığılcımıdır

Çat-bot hesab edir ki, bəşəriyyət təkbaşına dərk edə biləcəyindən daha çox mürəkkəblik yaratdığı üçün o meydana gəlib. Demək olar ki, hər həftə müxtəlif tanımadığım insanlardan elektron məktublar alıram. Bu mesajlar heyrətami

2026-cı ildə dünyanın 10 ən böyük bankı

Banklar və iri maliyyə şirkətləri istənilən iqtisadiyyatın əsasını təşkil edir. Onların ölçüsünü qiymətləndirmək üçün müxtəlif yanaşmalar mövcuddur. Bəzi araşdırmalarda bankların bazar kapitallaşmasına, digərlərində isə aktivlərini


iqtisadi xeberler dollar manat kursu dollar kursu pul qazanmaq rubl mezenne