"Mən yüz milyonlardan deyil, bəlkə də, bir milyard dollardan danışmağımızı istərdim
"Özbəkistan və Azərbaycan hakimiyyətləri ümumi layihələri reallaşdırmaq məqsədilə birgə investisiya fondu yaratmağı planlaşdırırlar".
Bunu Özbəkistan Baş nazirinin müavini, investisiya və xarici ticarət məsələləri üzrə nazir Jamşid Xocayev Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında bildirib.
"Birgə layihələrin icrası üçün Özbəkistan-Azərbaycan İnvestisiya Fondunun yaradılması vacibdir. Biz bir həftə ərzində bu istiqamətdə yol xəritəsi hazırlamağa dair razılıq əldə etmişik", - o qeyd edib.
Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana işgüzar səfəri zamanı neft-qaz, kimya, toxuculuq, kənd təsərrüfatı sahələri üzrə 500 milyon dollarlıq sənədlər paketi imzalanıb:
"İndi onların vaxtında və keyfiyyətli şəkildə icrasını təmin etmək lazımdır".
Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov iki dövlət arasında qarşılıqlı investisiya qoyuluşunu fəallaşdırmağın vacibliyini söyləyib:
"Bu aspektdə birgə investisiya fondunun yaradılması və fəaliyyəti hər iki ölkənin investorlarına kömək edəcək və etməli olacaq yaxşı alət ola bilər".
O, əməkdaşlığın perspektiv istiqamətləri sırasında enerji sənayesini xüsusi qeyd edib.
Nazir xatırladıb ki, iyulun əvvəlində SOCAR və "Özbəkneftqaz" arasında hər iki dövlətdə neft yataqlarının birgə işlənməsi, eləcə də bərpa olunan enerji və rəqəmsallaşdırma layihələrində əməkdaşlıq üçün yol xəritəsi imzalanıb:
"Ticarət dövriyyəsinə gəlincə, bizim üçün ortamüddətli hədəfləri müəyyən etmək yaxşı olardı... Mən üç-dörd ildən gec olmayaraq, yüz milyonlardan deyil, bəlkə də, bir milyard dollardan danışmağımızı istərdim".
///report

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Biznes planı necə yazmaq lazımdır?
1000 manatla hansı biznesi qurmaq olar?
Onlayn biznes ideyaları
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt