Mərakeş Əlcəzairlə münasibətlərini normallaşdırmaq istəyir
Mərakeş kralı taxta çıxmasının 23-cü ildönümü münasibəti ilə çıxış edərək, "Tarixi və bəşəri bağlarla bağlı və ortaq gələcəyi olan iki qardaş xalq arasında Mərakeş və Əlcəzairin əl-ələ verərək işləməsini istəyirik" deyib.
Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əlcəzair-Mərakeş münasibətləri ilə bağlı deyilənlərin məntiqli olmadığını və ürəkağrıdıcı olduğunu bildirən VI Məhəmməd bu vəziyyətdən çıxmaq əzmində olduqlarını, iki xalq arasında anlaşma, ünsiyyət və yaxınlaşmanı gücləndirmək istədiklərini vurğulayıb.
Mərakeş kralı VI Məhəmməd çıxışında bunları əlavə edib: "Qardaş Əlcəzair və Mərakeş xalqlarını ayıran sərhədlər anlaşma və ünsiyyət mühitinə əbədi qapalı qalmayacaq. Əlcəzairi və əlcəzairliləri təhqir edən mərakeşlilərin ittiham xarakterli iddialarına gəlincə, bunu məsuliyyətsizcəsinə edənlər iki qardaş xalq arasında fitnə alovunu yandırmaq istəyirlər".
Mərakeş kralı öz vətəndaşlarını əlcəzairli qardaş və bacıları ilə mehriban qonşuluq, həmrəylik və qardaşlıq dəyərlərinə malik ünsiyyət saxlamağa çağırıb və deyib: "Əlcəzairli qardaş və bacılarımızı əmin edirik ki, Mərakeş və mərakeşliləri həmişə sizin yanınızdadır".
Qeyd edək ki, Mərakeş kralı VI Məhəmməd 1999-cu il iyulun 30-da atası II Həsəndən sonra taxta çıxıb.
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c