Mərkəzi Bank bəzi sığortaçılara xəbərdarlıq edib
Sığortaçı müraciət etmiş şəxslə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə müqaviləni bağlamaqdan imtina edə bilməz.
Bunu "Report"a müsahibəsində Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev deyib.
Onun sözlərinə görə, ən vacib məsələ, sığortalı dəymiş zərərlə əlaqədar sığortaçının apardığı qiymətləndirmə nəticələrinin ona verilməsini tələb etmək hüququ vardır.
"Əgər sığortalı ona dəymiş zərərlə əlaqədar sığortaçının müəyyən etdiyi ödəniş məbləği ilə razılaşmırsa o zaman müstəqil ekspertizanın keçirilməsini tələb edə bilər. Zərərçəkən tərəf zərər qiymətləndirildikdən sonra hadisə üzrə sənədlərdən sonuncusu verildikdən sonra 7 iş günü müddətində dəymiş zərər məbləğinə uyğun sığorta ödənişinin verilməsini tələb etməlidir. Həmin müddətdə ödəniş həyata keçirilmədikdə gecikdirilmiş hər gün üçün dəbbə pulu da tələb oluna bilər. Sığortalının bütün bu hüquqlarının təmin edilməsi sığortaçının vəzifəsidir", - Z. Əliyev vurğulayıb.
O qeyd edib ki, sığortalıların hüquqları sığortaçılar tərəfindən pozulduğu halda Azərbaycan Mərkəzi Bankına müraciət etmək hüquqları var. Belə ki, hər il 3 minə yaxın şəxs bu hüquqdan yararlanaraq Mərkəzi Banka müraciət göndərir.
Baş direktor bildirib ki, qanun sığortalıya münasibətdə olduğu kimi sığortaçının da hüquqlarını müəyyən edir:
"Sığortalılar da bilməlidir ki, sığortaçı sığortalı ilə müqavilə bağlayarkən əmlaka baxış keçirilməsini, onunla bağlı zəruri sənədlərin verilməsini tələb edə bilər. Eyni zamanda, hadisə zamanı zərərin qiymətləndirilməsi üçün sığortaçıya tam şərait yaradılmalıdır. Sığortaçı zərəri ya özü, ya da yardımçı hüquqi şəxslər və ya ekspertlər vasitəsilə qiymətləndirə bilmək hüququna malikdir".
Mərkəzi Bankın Baş direktoru Ziya Əliyevlə müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.

Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb
Azərbaycan şirkətləri 3 ildə Gürcüstana – 450 MİLYON DOLLAR YATIRIB
Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır
Bitcoin nədir?
ZARA-nın uğur hekayəsi
Dünyanın ən varlı 10 adamı
Kriptovalyuta nədir?
Kriptovalyuta nədir və necə alınır?