Mərkəzi Bank "Yaşıl layihə"lərlə bağlı qanunvericilik bazası formalaşdırır
Kiçik və orta biznes (KOB) subyektlərinin "Yaşıl layihə"lərinin maliyyələşdirilməsi baxımından Azərbaycan Mərkəzi Bankının (AMB) üzərinə düşən əsas məsələ mandatına uyğun olaraq qanunvericilik çərçivəsinin formalaşdırılmasıdır.
Bunu AMB-nin Dayanıqlı Maliyyə şöbəsinin aparıcı iqtisadçısı Kənan Məmmədov Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən "Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu" mövzusunda konfransda bildirib.
"Bu istiqamətdə təlimatların formalaşdırılmasını və müvafiq qanunvericilik bazasına dəyişiklikləri həyata keçiririk. Bazar inkişaf etdikcə sektordan gələn bildirişlər üzrə növbəti təkmilləşdirmələrin yerinə yetirilməsi nəzərdə tutulur", – deyə o qeyd edib. / banker.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Biznes təlimlər və tədris üsulları
Biznesə aid ən yaxşı 10 kitab
ZARA-nın uğur hekayəsi
İnstaqramda biznes qurmağın yolları
Marketinq nə demədir?