Mərkəzi Bankdan sosial şəbəkələrdəki dələduzlarla bağlı xəbərdarlıq

Mərkəzi Bankdan sosial şəbəkələrdəki dələduzlarla bağlı xəbərdarlıqSon zamanlar müxtəlif sosial şəbəkələrdə Azərbaycan Mərkəzi Bankının adından istifadə edərək dələduzluq məqsədilə yaradılmış və yüksək gəlirliyi vəd edən xüsusi investisiya portallarının mövcudluğu ilə bağlı paylaşımlar yer almaqdadır.
Bu barədə Banker.az-a AMB-dən bildirilir.
Bildiririk ki, "Milli resurslarla ticarət edərək yüksək gəlirlərin əldə olunması" adı altında edilən bu paylaşımlar həqiqəti əks etdirmir və başlıca məqsədi dələduzlar tərəfindən vətəndaşların maliyyə vəsaitlərinin mənimsənilməsidir.
Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı ictimaiyyəti sosial şəbəkələrdə əsası olmayan məlumatlara inanmamağa, həmçinin bu kimi hallara qarşı ehtiyatlı və ayıq-sayıq olmağa çağırır.
Mərkəzi Bank tərəfindən ölkənin maliyyə sistemində sabitliyin təmin edilməsi, xüsusilə də maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və onların pozulması hallarının qarşısının alınması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.
SAXTA:
Mərkəzi Bankdan sosial şəbəkələrdəki dələduzlarla bağlı xəbərdarlıq

Xəbərlər     Tarix: 26 aprel 2023

Oxşar xəbərlər

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir


iqtisadi xeberler telefonla pul qazanmaq valyuta kurslari 1000 manatla biznes dollarin kursu bu gun