"Meta" "Gihpy" xidmətini "Shutterstock"a 53 mln. dollara – alış qiymətindən yeddi dəfə ucuz satıb
"Shutterstock" "Giphy"ni 53 milyon dollara aldığını elan edib. Müqavilənin 2023-cü ilin iyununda bağlanacağı gözlənilir. Platformanın yeni sahibinin sözlərinə görə, "Giphy" gündəlik 1.3 milyard GIF axtarış sorğusunu idarə edir. Kitabxana təkcə istifadəçilər tərəfindən deyil, həm də tərəfdaşlar ("NBC", "Disney", "Netflix", "NFL", "MLB" və "NBA") tərəfindən doldurulur.
Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.
"Giphy" vasitəsilə fotobank öz kitabxanasını genişləndirəcək və "Shutterstock Studios" ilə "Giphy Studios"u birləşdirəcək. "Facebook" "Giphy"ni 2020-ci ilin may ayında 400 milyon dollara alıb.
Böyük Britaniya Rəqabət və Bazarlar İdarəsi 2021-ci ilin yanvarında şirkətin rəqabət platformalarından GIF-ləri siləcəyinə dair narahatlıqlar səbəbindən sövdələşmə ilə bağlı araşdırmaya başlayıb.
2021-ci ilin noyabrında Britaniya tənzimləyicisi "Meta"ya "Giphy"i satmağı əmr edib, o, bu qərarı ilkin sövdələşmənin sosial şəbəkələrin sahibinə reklam bazarında potensial rəqibdən qurtulmasına imkan verməsi ilə izah edib.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Freelance" nədir?
Az pulla hansı işi qurmaq olar?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Digital Card nədir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar