Metroda gediş haqqı ödənişində yenilik: Ovucları skan etməklə ödəniş mümkün olacaq
Pekin metropoliteninin xətlərindən birində gediş kartı ilə ödəniş etməyə və ya QR-kodu oxutmağa ehtiyac qalmayıb. Bundan sonra sərnişinlər yalnız ovuclarını skan edərək gediş haqqını ödəyə bilərlər.
Pekin nəqliyyat departamentinin məlumatına görə, mayın 21-də paytaxtda yeni ödəniş texnologiyasının tətbiqi ilə bağlı pilot layihə start götürüb. Paytaxt sakinləri biometrik məlumatlarını stansiyada quraşdırılan xüsusi aparata daxil etdikdən və "WeChat" tətbiqində qeydiyyatdan keçdikdən sonra gediş haqqını ödəmək üçün ovuclarını dayanacaqlardakı turniketlərdə skan etməlidir.
Turniketlər ovuc içinin və venoz damarların cizgilərini təmassız tanıya bilir. Yeni texnologiya nağd pulu olmayan və smartfonlarının enerjisi bitən sərnişinlərə də metrodan istifadə etmək imkanı verir.
Paytaxtın nəqliyyat departamenti istifadəçi məlumatlarının qorunması üçün şifrələmə texnologiyalarından istifadə olunduğunu bildirib. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Freelance" nədir?
Az pulla hansı işi qurmaq olar?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Digital Card nədir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar