Məzənnə proqnozları yenilənib - 2025-ci ilin sonunda Dollar 41 Türkiyə Lirəsi olacaq
Qlobal məzənnə proqnozlarını yeniləyən "Morgan Stanley", 2025-ci ilin sonuna kimi USD/TRY (ABŞ Dolları/Türkiyə Lirəsi) məzənnəsinin 41-ə, 2026-cı ilin sonunda isə 44-əçatacağını proqnozlaşdırır. Hazırda USD/TRY məzənnəsi 38 lirə səviyyələrindədir.
Marja xəbər verir ki, daha əvvəl 2025-ci ilin sonuna qədər Dollar indeksi üçün 101 səviyyəsini proqnozlaşdıran qurum, bu proqnozu 103-ə endirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bank, 2025-ci ilin üçüncü və son rübü üçün avro/dollar məzənnəsilə ilə bağlı gözləntilərini də yeniləyib. Daha əvvəl üçüncü rüb üçün 1,09 qiymətləndirən Morgan Stanley, proqnozunu 1,08-ə endirib. Dördüncü rüb üçün 1.10 proqnozu 1.08-ə dəyişdirilib.
Bankın funt/dollar üçün ilin sonuna proqnozu da 1,34-dən 1,30-a endirilib.
"Morgan Stanley" tərəfindən FED-in dollarda qısa mövqeləri dəstəkləməsi ehtimalının aşağı olduğu bildirilib, keçən il 2025-ci il üçün 3 faiz endiriminin proqnozlaşdırıldığı, lakin cari qiymətləndirmədə bunun 1 faiz endirimi gözləntisi ilə əvəz olunduğu qeyd edilib.
Morgan Stanley USD/TRY-nin bu ilin sonuna kimi 41, 2026-cı ilin sonunda isə 44 səviyyəsində olacağını gözləyir.
Qurumun dollar/TL proqnozları aşağıdakı kimidir:
/ marja.az

"TikTok"la "Instagram"a girişdə problem yarandı
Mərkəzi Banka yeni səlahiyyət verilir
Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir
"AFB Bank"ın 3-cü rübdə xalis mənfəəti 59% artıb
Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
"AccessBank"ın xalis mənfəəti 45 milyon manatı keçib
"Standard Chartered" BƏƏ-də müştərilərinə "bitcoin" və "ethereum" ticarəti təklif etməyə başladı
"Yelo Bank" ilk üç rübdə 17 milyon manat xalis mənfəət əldə edib
ABB-nin aldığı "Davr Bank"da rəhbərlik dəyişib, yeni ad təsdiqlənib
IMF Azərbaycan Mərkəzi Bankına tövsiyələr verib
Digital Card nədir?
Cash Back nədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
"Coca-Cola" haqqında 5 maraqlı fakt