"Microsoft" yeni noutbuk, monoblok və planşet təqdim edib – Qiymətlər
"Microsoft" şirkəti "Surface" ailəsinin yeni məhsullarını təqdim edib: "Surface Laptop 5" noutbuku, "Surface Pro 9" planşeti və "Surface Studio 2 Plus" monobloku.
Banker.az bu barədə "Kommersant"a istinadən xəbər verir.
Məlumata görə, "Surface Laptop 5" noutbuku iki versiyada (13.5 və 15 düym) təqdim ediləcək, lakin hər iki variant 12-ci nəsil "Intel Core" prosessorunu alıb. Konfiqurasiyadan asılı olaraq noutbuklar 8-32 Gb operativ yaddaş, o cümlədən 256 Gb – 1 Tb daxili yaddaşla təchiz edilib. Yeniliyin qiyməti 999 dollardan başlayır.
"Surface Pro 9" planşeti 13 düymlük sensorlu ekran, HD-kamera, 32 Gb-dək operativ yaddaş və 1 Tb-dək daxili yaddaş alıb. Planşetin qiyməti 1000-1300 dollar arasında dəyişir.
"Surface Studio 2 Plus" monobloku 28 düymlük sensor ekran, "Intel Core i7" prosessoru, "GeForce RTX 3060" videokartı, 32 Gb operativ yaddaş və 1 Tb daxili yaddaşla təchiz edilib. Monoblokun qiyməti 4300 dollar təşkil edir.

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml