"Microsoft"a illərdir gözlənilən yenilik gəlir
ABŞ-nin "Microsoft" şirkəti "Windows 11" əməliyyat sisteminin yeni versiyasında RAR və 7-Zip arxivləri, eləcə də digər fayl növləri üçün daxili dəstəyin olacağını açıqlayıb.
Əməliyyat sisteminin istifadəçiləri on ildir ki, bu funksiyanı gözləyirdilər.
"Biz "libarchive" açıq mənbə layihəsindən istifadə edərək, "tar", "7-zip", "rar", "gz" və s. əlavə arxiv formatları üçün daxili dəstək əlavə etdik", – deyə şirkətin rəhbəri Panos Panay bildirib.
Beləliklə, "Windows" artıq arxivləşdiriciyə çevrilir. Artıq minlərlə faylı bir arxivdə saxlamağa və diskdə daha az yer tutması üçün əlavə olaraq sıxmağa imkan verən yardım proqramlarından istifadəyə ehtiyac olmayacaq. Bu o deməkdir ki, əfsanəvi WinRAR da bəzi istifadəçilərini itirə bilər.
"Microsoft"dan əlavə edilib ki, yeni formatlar üçün dəstək bu həftənin sonunda istifadəçilər üçün əlçatan olacaq.
Qeyd edək ki, indiyə qədər istifadəçilər bu fayllara daxil olmaq üçün üçüncü tərəf proqramlarını quraşdırmalı idilər. Əvvəlki "Windows" əməliyyat sistemlərində yalnız ZIP arxivləri üçün yerli dəstək işləyirdi. Amma artıq "Microsoft"un yeni funksiyası sayəsində istifadəçilər əlavə pula başa gələn proqramların quraşdırılmasından xilas olacaqlar. / banker.az
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə