Mikayıl Cabbarov: "Petkim"in növbəti sərmayələri üçün işlər sürətləndirilir"
"Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki yatırımı olan "Petkim"in növbəti sərmayələrinin həyata keçirilməsi üzrə işlərini sürətləndirilməsini təmin edib".
Bunu Azərbaycanın iqtisadiyyat naziri və SOCAR-in Müşahidə Şurasının sədri Mikayıl Cabbarov bu gün İstanbulda keçirilən "Türkiyə-Azərbaycan Təbii Qaz Sahəsində Əməkdaşlıq Sazişi"nin imzalanması zamanı SOCAR-ın bu ölkədəki fəaliyyəti və gələcək planlarına toxunarkən bildirib.
Onun sözlərinə görə, gələn aylarda "Petkim"in yenilənməsi layihəsinə start verilə bilər: "Bu istiqamətdə bizə dəstək verən bütün tərəfdaşlara təşəkkürümüzü bildiririk. İnanırıq ki, bu, indiyə qədər reallaşdırılan layihələrlə yanaşı Türkiyə iqtisadiyyatına ən böyük sərmayə olacaq".
Nazir bildirib ki, Türkiyə bazarının dayanıqlı şəkildə enerji ilə təminatı, eyni zamanda bölgələrin enerji ehtiyacının təmin edilməsində, Türkiyə dövlətində yaradılmış şəraitə və hüquqi mühitə görə SOCAR bir çox sərmayələri həyata keçirib:
"Belə bir sərmayənin həyata keçirilməsi Türkiyə iqtisadiyyatında gedən sabitləşmə proseslərinin bir nəticəsidir. Bu bir daha göstərir ki, sərmayəçilər Türkiyə iqtisadiyyatındakı imkanları görür, dəyərləndirir. Biz böyük məmnuniyyətlə bu yolu davam etmək niyyətindəyik". / banker.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
CV hazırlayarkən buraxılan 5 səhv
Milyonlar qazandıran qəribə biznes ideyaları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Layihə menecmenti nədir?