Milli arxiv fondu sənədlərindən istifadə qaydası müəyyənləşdi
Milli arxiv fondu sənədlərindən istifadə qaydası təsdiq edilib.
KONKRET.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, "Arxiv fondlarının tərkibi və həcmi barədə məlumatların verilməsi Forması" sahə arxiv fondlarında mühafizə edilən milli arxiv fondu sənədlərinin kəmiyyət və keyfiyyət göstəriciləri barədə məlumatın əldə edilməsini və onların daha etibarlı mühafizəsinə nəzarət etməklə dövlət qeydiyyatının aparılmasını təmin edir. Qanuna əsasən, təşkilatlar bu formaya uyğun olaraq, arxiv fondlarının tərkibi və həcmi barədə Milli Arxiv İdarəsinə hər il yanvar ayının 25-dək məlumat verməlidirlər.
"Milli arxiv fondu sənədlərindən istifadə Qaydası" ilə əsasən aşağıdakı məsələlər tənzimlənir:
Milli arxiv fondu sənədlərindən istifadənin formaları;
hüquqi və fiziki şəxslərin müraciətləri və ya arxivin öz təşəbbüsü ilə arxiv sənədləri əsasında məlumatın verilməsi məsələlərinin tənzimlənməsi;
Milli arxiv fondu sənədlərinin dövlət arxiv xidməti təşkilatının oxu zallarında elmi-tədqiqat məqsədilə istifadəçilərə verilməsinə dair tələblərin və məsuliyyətin müəyyən edilməsi;
Milli arxiv fondu sənədlərinin sərgilərdə, muzeylərdə nümayiş etdirilməsi ilə bağlı məsələlər;
Milli arxiv fondu sənədləri əsasında elmi nəşrlərin, sənəd külliyyatlarının hazırlanması;
Milli arxiv fondu sənədlərinin əsillərinin mədəni-kütləvi təbirlərlə bağlı zərurət olduqda arxiv sənədlərinin mülkiyyətçisinə, habelə istintaq, əməliyyat-axtarış faəliyyəti üçün müvafiq qurumlara müvəqqəti istifadəyə verilməsi;
Arxiv fondu sənədlərindən istifadənin digər formaları (vətəndaşın şəxsi və ailə həyatı ilə bağlı, mədəni irs hesab edilən arxiv fondu sənədlərindən, habelə məxfi və konfidensial sənədlərdən istifadə) və bu zaman həyata keçirilən prosedurlar.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Onlayn biznes növləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
IBAN nədir?