Milli Məclis 36,6 milyard manatlıq büdcəni bəyənib
Milli Məclis 2023-cü il dövlət büdcəsi haqqında qanuna dəyişiklik layihəsini qəbul edib
16 iyun 2023-cü il tarixində "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik layihəsi III oxunuşda Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən səsə qoyularaq bəyənilib.
Qəbul edilmiş qanuna əsasən, dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş 30 milyard 774,0 milyon manata qarşı 3 milyard 116,5 milyon manat və ya 10,1 faiz artırılaraq 33 milyard 890,5 milyon manat təşkil edəcək.
Dövlət büdcəsinin təsdiq olunmuş 33 milyard 353,3 milyon manat məbləğində xərcləri 3 milyard 271,5 milyon manat və ya 9,8 faiz artırılaraq 36 milyard 624,8 milyon manata çatdırılacaq.
Dövlət büdcəsinin kəsiri təsdiq olunmuş 2 milyard 579,3 milyon manata qarşı 155 milyon manat və ya 6,0 faiz artırılaraq 2 milyard 734,3 milyon manat olacaq. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaq.
Yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri isə 43 milyard 60,1 milyon manat proqnozlaşdırılır və bu təsdiq olunmuş göstəriciyə nisbətən 10 milyard 34,4 milyon manat və ya 30,4 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 41 milyard 269,9 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 300,5 milyon manat və ya 8,7 faiz çoxdur. İcmal büdcə 4 milyard 943,6 milyon manat kəsirlə proqnozlaşdırılsa da, 6 milyard 733,9 milyon manat əlavə gəlirlər hesabına 1 milyard 790,3 milyon manat profisit yaranacaq. / marja.az

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ƏDV geri al və onun üstünlükləri
Kriptovalyuta nədir və necə alınır?
Cash Back nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt