Milli Yaylaq Festivalı çərçivəsində "KOB Fest" sərgi-satış yarmarkası keçirilir - FOTOLAR
Göygöl rayonunun Xan Yaylağında keçirilən "3-cü Milli Yaylaq Festivalı" çərçivəsində "KOB Fest" sərgi-satış yarmarkası da təşkil olunub.
Azərbaycanda sahibkarların 99,6 %-ni KOB-lar təşkil edir
FED.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən sərgi-satış yarmarkasında KOB subyektləri tərəfindən hazırlanan şəbəkə sənəti, rəssamlıq, xalçaçılıq, taxta oyma, milli musiqi alətləri nümunələri və müxtəlif əl işləri nümayiş olunur.
Mikro və kiçik sahibkarlar tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq və onları tanıtmaq, istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə keçirilən "KOB Fest" sərgi-satış yarmarkasında Göygöl, eləcə də ətraf rayon və şəhərlərdən ümumilikdə 100-dən çox KOB subyektinin 1500-dən çox çeşiddə məhsul və xidmətləri sərgilənir. Həmçinin sərgi-satış yarmarkasında mədəni-əyləncəli proqram da təşkil olunub.
Sərgi-satış yarmarkası iyulun 7-dək davam edəcək.
Qeyd edək ki, 2024-cü ildə "KOB Fest" sərgi-satış yarmarkalarının Şəki, Gəncə, Naxçıvan və s. şəhər və rayonlarda keçirilməsi planlaşdırılır. Yarmarkalarda məhsul və xidmətlərini təqdim edəcək mikro və kiçik sahibkarların iştirakı üçün ödəniş nəzərdə tutulmur, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanır. "KOB Fest"lərdə iştirak etmək istəyən KOB-ları, eləcə də ictimaiyyəti məlumatlandırmaq məqsədilə əvvəlcədən yarmarkanın keçiriləcəyi şəhər və rayonlar barədə agentliyin saytında və sosial şəbəkələrdəki səhifələrində məlumat veriləcək.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
SWIFT nədir?
IMEI kod nədir?
İnstaqramda biznes qurmağın yolları
Biznes nədir və hansı növləri var?
"Freelance" nədir?