Misir Qırmızı dənizdə neft yataqlarının kəşfiyyatına başlayır
Misir Qırmızı dənizdə neft yaraqlarının axtarış-kəşfiyyat işlərini həyata keçirmək məqsədilə iri beynəlxalq şirkətlərlə 3 saziş imzalayıb və seysmik tədqiqatlardan sonra qazma əməliyyatları başlanacaq.
Bu barədə Misirin neft naziri Tariq Əl-Molla jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, Misirin Cənub Vadisi Neft Holdinqi Qırmızı dənizdə zəngin neft yataqları olduğunu təsdiq edib və xarici şirkətlərlə əməkdaşlıq şəraitində onların istismarına başlayacaq. Nazir əlavə edib ki, Aralıq və Qırmızı dənizlərdə yeni neft-qaz yataqlarının kəşfiyyat işləri və istismarına dair beynəlxalq tender elan edilib. Hazırda Misir gündəlik 680 min barel xam neft hasil edir və tezliklə bu rəqəmin artırılması gözlənilir.
T.Əl-Molla bildirib ki, Avropada enerji böhranı fonunda Misir qaz ixracatını xeyli artırıb. Misir xarici enerji şirkətləri ilə qaz yataqlarının istismarına dair 108 saziş imzalayıb və bu sektora 22 milyard dollar investisiya qoyulması gözlənilir. / banker.az
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind