Misli-dən voleybola böyük dəstək – AVF ilə müqavilə imzalandı - FOTOLAR
Azərbaycan Voleybol Federasiyası (AVF) ilə "Azərlotereya" ASC-nin "Misli" brendi arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.
FED.az xəbər verir ki, tərəflər arasında müqavilə rəsmilərin iştirakı ilə keçirilən tədbirdə imzalanıb. İmzalanma mərasimində AVF-nin prezidenti Şahin Bağırov, "Demirören Holding"in İdarə Heyətinin sədri Yıldırım Demirören, AVF, "Azərlotereya" ASC və voleybol klublarının rəsmiləri iştirak ediblər.
Tədbir zamanı Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov çıxış edərək Azərbaycan voleybolunun hər zaman ölkəmiz üçün qürur mənbəyi olduğunu və "Misli" kimi güvənli tərəfdaşla əməkdaşlığın voleybolumuzun inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.
Daha sonra "Demirören Holding"in İdarə Heyətinin sədri Yıldırım Demirören çıxış edərək voleybol idmanının ölkədəki mövqeyini və idmançılarımızın beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirib. Əməkdaşlığı Azərbaycan voleybolunun inkişafında yeni bir mərhələnin başlanğıcı olaraq dəyərləndirib.
Sonda tərəflər müqaviləyə imza atıblar. Müqaviləni AVF-nin İctimai Birliyinin vitse-prezidenti Bəhruz Quliyev və "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş imzalayıblar.
Mərasim iştirakçıları bu əməkdaşlığın hər iki tərəf üçün də uğurlu olmasını və voleybolçularımıza gələcək oyunlarda böyük nailiyyətlər diləyiblər.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Yatırım olmadan necə biznes qurmaq olar?
Fond birjası nədir?
İban nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Evdə biznes qurmağın yolları