Mobil internetin zəifləməsinın ƏSAS SƏBƏBLƏRİ – AÇIQLAMA
Bu ilin yanvar ayında Azərbaycan mobil internetin sürətinə görə 138 ölkə arasında 32,06 MB/S sürətlə 64-cü yerdə qərarlaşıb. Göstəricilərə əsasən, Azərbaycan ötən ilin dekabr ayına nisbətən 3 pillə geriləyib.
Azərbaycan mobil internetinin geriləməsinin səbəbi nədir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan informasiya texnologiyaları üzrə ekspert Fərrux Rəcəbli bildirib ki, Azərbaycanda internetin sürətinin zəifləməsinə səbəb hazırda internet istifadəçilərinin sayının artmasıdır:
"Vaxtilə hər hansı bir telekommunikasiya, yaxud da internet rabitəsi olmayan bölgələr var ki, artıq internetlə təmin olunub. Bu təminatın əksəriyyətini GPON adlandırılan, yəni optik xətt üzərindən qoşulan internet standartı təşkil edir. Geriləmənin səbəbi bu ola bilər. Çünki əvvəllər optik internet, ümumiyyətlə, yüksək sürətli internet istifadəçiləri çox az idi. Əksəriyyəti də sadəcə Bakıda yaşayan sakinlər idi. Son illərdə isə demək olar ki, bütün bölgələrimiz internetlə təmin olunub. Bu da artıq internet istifadəçilərinin sayının bir neçə dəfə artması deməkdir. İstifadəçi sayının artması da internetin sürətinə birmənalı olaraq öz təsirini göstərir".
Ekspert vurğulayıb ki, provayderlər internet trafikini yüksəltməklə bu problemi həll edə bilərlər:
"Düşünürəm ki, provayderlər ölkədə internet trafikini əvvəlki istifadə göstəricilərinə nisbətən daha da yüksəltməlidirlər. İnternet paylaşımını tənzimləmək üçün daha müasir standartlardan və avadanlıqlardan istifadə etməlidirlər".
Fidan Ali,
KONKRET.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Onlayn biznes növləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
IBAN nədir?