Moldova süni intellektin yaratdığı şərabı təqdim edib
Moldova Almaniyanın Düsseldorf şəhərində keçirilmiş beynəlxalq "ProWein2024" sərgisində ölkə tarixində ilk dəfə olaraq süni intellektdən istifadə etməklə yaradılmış şərab təqdim edib.
Bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Bu il Moldovada şərabçılıq üçün tarixi il oldu – süni intellektin köməyi ilə yaradılmış inqilabi "Chelaris" çaxır buraxılıb. Bu məhsul ölkənin çoxəsrlik şərabçılıq irsinin və ən qabaqcıl texnologiyaların nəticəsidir. Şərab Düsseldorfdakı "ProWein2024" sərgisində təqdim olunub", – məlumatda qeyd olunub.
Yeni şərab məhsulu Milli Üzüm və Şərab Ofisinin (ONVV) himayəsi altında Moldova Texniki Universitetinin nümayəndələrinin iştirakı ilə bir il öncə başlanmış pilot layihənin sonucudur. "Chelaris" virtual enoloquna Moldova üçün reprezentativ şərab yaratmaq, son beş ildə toplanmış bütün bilgilər əsasında üzüm yığımının başlama tarixi, fermentasiya prosesi, filtrasiya, qablaşdırma, konservasiya və təbliğatla bağlı təfərrüatlar, habelə ətraflı protokollar təqdim etmək tapşırılıb.
Hər il Düsseldorfda keçirilən sərgidə Moldovanın əllidən çox aparıcı şərab istehsalçısı iştirak edib. Şərabçılıq ölkənin əsas sənaye sahələrindən biridir və dünyanın 70-dən çox ölkəsinə çaxır idxal edir.
© "Report"

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
CV hazırlayarkən buraxılan 5 səhv
Milyonlar qazandıran qəribə biznes ideyaları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Layihə menecmenti nədir?