Monteneqro parlamentinin sədri Ulu Öndərin məzarını ziyarət etdi
Azərbaycanda səfərdə olan Monteneqro parlamentinin sədri Daniela Djuroviçin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 22-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
KONKRET.azxəbər verir ki, sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının da məzarları üzərinə tər çiçəklər düzüblər. Eyni zamanda, "Əbədi məşəl" abidəsi də ziyarət olunub, önünə əklil qoyulub.
Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind