"Moody's" Azərbaycan banklarının aktivlərinin keyfiyyətini dəstəkləyəcək amilləri açıqlayıb

Azərbaycan bankları daha güclü iqtisadi aktivlik və kifayət qədər valyuta axını təmin edən yüksək neft qiymətləri sayəsində sabit valyuta ilə dəstəklənən təkmilləşdirilmiş əməliyyat mühitindən faydalanacaq.
"Report" xəbər verir ki, bu barədə "Moodys Investors Service" beynəlxalq reytinq agentliyinin məlumatında deyilir. Agentlik Azərbaycan bankları üçün əməliyyat mühitinin 12-18 ay ərzində yaxşılaşacağını bildirir, bunu isə Azərbaycanın suveren reytinqinin yüksəldilməsi sübut edir.
"Koronavirus pandemiyası zamanı dözümlülük nümayiş etdirən, müqayisə oluna bilən ölkələrlə müqayisədə daha kiçik tənəzzülə səbəb olan və sabit valyutanı qoruyan Azərbaycan yüksək karbohidrogen qiymətləri ilə dəstəklənən güclü iqtisadi canlanma ilə Rusiya-Ukrayna böhranını yaşayır",- agentlik qeyd edib.
Azərbaycanın Rusiya ilə güclü ticarət əlaqələrinə baxmayaraq, münaqişə iqtisadiyyata məhdud təsir göstərib və "Moodys" bu il Azərbaycanın real ÜDM-nin 4 % artacağını gözləyir.
Azərbaycan banklarının uzunmüddətli reytinqləri üzrə stabil proqnoz, "Moodys"in təsirə məruz qalan bankların maliyyə göstəricilərinin güclü qalacağına dair gözləntilərini əks etdirir.
"Azərbaycan banklarının vaxtı keçmiş kreditləri üzrə əmsalı 2019-cu ilin sonundakı 9,4 %-dən 2021-ci ilin sonunda 4,7 %-ə enib", - məlumatda deyilir.
"Moodys" hazırkı yüksək neft qiymətlərinin və daha güclü iqtisadi artımın növbəti 12-18 ay ərzində bankların aktivlərinin keyfiyyətini dəstəkləyəcəyini gözləyir.
Nəticə etibarilə, reytinq agentliyi bankların vaxtı keçmiş kreditləri üzrə əmsalı məhdud aşağı yönlü risklə birliktə sabit qalacağını gözləyir.
"Neftin qiymətinin artması Azərbaycan iqtisadiyyatına ümumilikdə müsbət təsir göstərir, valyuta likvidliyinin artması isə xarici valyutada borcalanların ödəmə qabiliyyətini dəstəkləyərək manatı sabit saxlayacaq", - agentlik qeyd edir.
Qeyd edək ki, bu gün "Moodys" dörd Azərbaycan bankının, yəni Azərbaycan Beynəlxalq Bankının (ABB), "Kapital Bank" ASC, "XALQ Bank" ASC və "Bank of Baku" ASC-nin əsas kredit reytinqlərini (BCA) və depozit reytinqlərini yüksəldib.
Bu bankların uzunmüddətli depozit reytinqləri üzrə proqnoz "müsbət"dən "sabit"ə dəyişdirilib.
Eyni zamanda, reytinq agentliyi "Bank Respublika"nın kredit reytinqini və depozit reytinqini "müsbət" proqnozla təsdiqləyib.

Maliyyə     Tarix: 09 avqust 2022

Oxşar xəbərlər

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı


iqtisadi xeberler dollar manat kursu telefonla pul qazanmaq en son xeberler emlak xeberleri