"Moody`s" İtaliya, Slovakiya və Çexiyanın proqnozunu aşağı salıb
Beynəlxalq reytinq agentliyi "Moody`s" İtaliya, Slovakiya və Çexiya iqtisadiyyatının reytinqi üzrə proqnozu "stabil"dən "mənfi"yə dəyişib. Üç ölkənin xarici və milli valyutada uzunmüddətli emitent reytinqləri əvvəlki səviyyələrdə – müvafiq olaraq Baa3, A2 və Aa3 səviyyəsində təsdiqlənib.
Banker.az bu barədə "Kommersant"a istinadən xəbər verir.
Agentlik Çexiya və Slovakiyanın reytinq proqnozlarının pisləşməsini onların tədarükünün azaldığı və ölkələrin iqtisadiyyatına təsir edən Rusiya qazından asılılığı ilə əlaqələndirib. "Moody"s"də İtaliyanın reytinqinə dair proqnozun dəyişməsi Rusiyanın Ukraynadakı hərbi əməliyyatının iqtisadi nəticələri ilə əsaslandırılıb.
İyunun sonunda "Moody`s" Rusiyanın avrobondlar üzrə defolt elan edib. Rusiya Mərkəzi Bankı (MB) Rusiyada defoltla bağlı hesabatları "ayrı-ayrı ekspertlərin qiymətləndirmələri" adlandırıb. Mərkəzi Bank sədrinin birinci müavini Vladimir Çistyuxin Qərb ölkələrini "avrobondlar üzrə öhdəliklərin yerinə yetirilməsi üçün ənənəvi kanalların qırılmasında əli olmasında" günahlandırıb.
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind