Müəyyən işbazlar bazarda ətin qiymətini qaldırır - Komitə sədrindən - AÇIQLAMA

Müəyyən işbazlar bazarda ətin qiymətini qaldırır - Komitə sədrindən - AÇIQLAMAMüəyyən işbazlar var ki, bazarda ətin qiymətini qaldırırlar.
Mal ətinin qiyməti 0.50 - 1 manat - BAHALAŞIB... - VIDEO
FED.az xəbər verir ki, bunu  Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
O bildirib ki, qiymət artımına səbəb olan amillərdən biri də inhisarçılıqdır.
"Müəyyən fermerlər hələ də öz məhsullarını bazara çıxarıb ucuz qiymətə sata bilmirlər. İşbazlar var, bunlar iri və xırdabuynuzlu mal-qaranı rayonlardan ucuz qiymətə alırlar və şəhərdə ətin qiyməti qalxır. Ona görə də burada müəyyən normalar tətbiq olunmalıdır, inhisarçılığın qarşısı alınmalıdır, fermerlərin bazara çıxışı təmin olunmalıdır və müxtəlif yerlərdə ət mağazaları təşkil olunmalıdır ki, fermerlər öz heyvanların gətirib orada sata bilsinlər. Müəyyən işbazlar hazırkı vəziyyətdən istifadə edərək, ətin qiymətini qaldırırlar", - deyə o qeyd edib.
Komitə sədri qeyd edib ki, ətin bahalaşmasının səbəblərindən biri də iqlim dəyişikliyidir.
"Təbii şərait dəyişib, otlaq sahələrinə ziyan dəyib, quraqlıq yemçiliyə öz təsirini göstərir. Digər tərəfdən, əhali sayının artması və insanların ət və ət məhsullarından daha çox istifadə etməsi qiymət artımına təsir göstərir.
Qiymət artımının digər bir səbəbini isə mən israfçılıqla əlaqələndirirəm. Biz əti israfçılıqla istifadə edirik. İctimai iaşə obyektlərində, restoranlarda, şadlıq evlərində, toy və yas mərasimlərində çoxlu miqdarda ət məhsulları israf olunub atılır. Ölkə üzrə gündə 10 tonlarla ət və ət məhsulları israf olunur. Bir süfrəyə 10 adamən yeyəcəyi qədər ət məhsulları qoyurlar ki, bu da israfçılıqdır", - deyə komitə sədri bildirib.
Komitə sədri əlavə edib ki, işğaldan azad edilmiş ərazilərimizdə heyvandarlığın inkişafı ətin qiymətinə də təsirini göstərəcək.
"Azad edilmiş ərazilərimizdə heyvandarlığın inkişafı üçün geniş potensial var. Laçın, Kəlbəcər tarixən heyvandarlıq rayonları olub. Eləcə də, Zəngilan, Cəbrayıl, Qubadlı da heyvandarlıq rayonları kimi tanınıb. Hesab edirəm ki, qısa müddətdə bu rayonlarda heyvandarlıq inkişaf edəcək və ətin qiymətində artım problemi olmayacaq", - deyə o vurğulayıb. (Trend)

Biznes     Tarix: 22 avqust 2023

Oxşar xəbərlər

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir


iqtisadi xeberler bitkoin qiymeti biznes ideyalari valyuta mezennesi birbank