Müqtəda əs-Sədr aclıq aksiyasına başladı
İraqın nüfuzlu şiə imamı Müqtəda əs-Sədr ölkədəki etirazlara görə aclıq aksiyasına başlayıb.
KONKRET.azxəbər verir ki, bu barədə İraq İnformasiya Agentliyi (INA) məlumat yayıb.
"Müqtəda əs-Sədr aclıq aksiyasına başladığını elan edib. O, zorakılıq və silahdan istifadə dayandırılana qədər bu aksiyanı davam etdirmək niyyətindədir", – Parlament blokunun rəhbəri Həsən əl-Adari deyib.
Xatırladaq ki, bazar ertəsi səhər saatlarında Müqtəda əs-Sədr İraq siyasətindən getdiyini elan edib. Bundan sonra yüzlərlə insan iraqlı siyasətçilərin xarici həmkarları ilə əsas görüş yeri olan Respublika Sarayına soxulub.
İraq hakimiyyəti bütün ölkədə komendant saatı elan edib.
Məlumata görə, bazar ertəsi Bağdadda etirazlar zamanı azı 10 nəfər ölüb, 200 nəfər yaralanıb.
İqbal Rzayev,
KONKRET.az
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind