Nağd pul tarixə qovuşur: Yeni dövr başlayıb

Nağd pul tarixə qovuşur: Yeni dövr başlayıbDünya üzrə mobil cüzdan istifadəsi rekord səviyyəyə çatıb. Böyük Britaniya başda olmaqla bir çox ölkədə artıq nağd pul ikinci planda qalır. Gündəlik alış-verişlərdən ictimai nəqliyyata qədər hər sahədə üstünlük verilən mobil ödənişlər yeni dövrün xəbərçisinə çevrilir.

Biznes.az xəbər verir ki, mütəxəssislərin fikrincə, nağd pul çox yaxında tarixə qovuşa bilər. Böyük Britaniyada dərc olunan son məlumatlara əsasən, mobil cüzdanlar gündəlik xərclərin ən geniş yayılmış ödəniş üsuluna çevrilib. Nağd puldan istifadə isə tarixdə ən aşağı səviyyəyə enib. Mütəxəssislər bu dəyişikliyin yalnız Böyük Britaniyaya məxsus olmadığını, Avropa, Asiya və Amerikada da oxşar mənzərənin müşahidə olunduğuna diqqət çəkiblər.

Artıq bir çox insan marketdə alış-veriş edərkən, avtobusa minərkən və ya kafedə qəhvə alarkən nağd pul daşımır. Sadəcə telefonunu və ya ağıllı saatını ödəniş cihazına yaxınlaşdırmaq kifayətdir. Bu ödəniş üsulu əksər insanlar üçün nağd puldan və ya kartdan daha sürətli və rahat bir həll hesab olunur.

Niyə mobil cüzdanlara üstünlük verilir?

Sürət və rahatlıq: Cüzdan və ya xırda pul axtarma dərdi aradan qalxır.

Gigiyena: Təmasız ödəniş sayəsində pul mübadiləsi zamanı mikrob riski azalır.

Kampaniyalar və endirimlər: Banklar və tətbiqlər mobil cüzdandan istifadə edənlərə xüsusi fürsətlər təqdim edirlər.

Təhlükəsizlik: Şəxsiyyətin doğrulanması və şifrələmə texnologiyaları istifadəçini dələduzluqdan qoruyur.

Dünyada bir çox ölkə nağdsız iqtisadiyyata keçir

İsveç 2030-cu ilə qədər tamamilə nağdsız iqtisadiyyata keçməyi hədəfləyir. Cənubi Koreya, mobil ödəniş sistemləri sayəsində küçədə nağd pul gəzdirməyin demək olar ki, artıq lazım olmadığını bildirib. Çin isə QR kodla ödəniş sistemlərində dünyanın lideri sayılır. Restoranlardan tutmuş küçə bazarlarına qədər hər yerdə mobil ödənişlərdən istifadə olunur.

Maliyyə mütəxəssislərinin fikrincə, qarşıdakı 10 il ərzində nağd pul gündəlik həyatda çox məhdud rola sahib olacaq. Xüsusilə inkişaf etmiş iqtisadiyyatlarda nağd pul yalnız simvolik bir ödəniş vasitəsi kimi qalacaq.

Maraqlı     Tarix: 12 oktyabr 2025

Oxşar xəbərlər

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi

Süni intellekt şirkəti Anthropic-in əməkdaşı Ceykob Kokson (Jacob Coxon) süni intellektin "real güc və resurslar əldə edə biləcək fövqəlinsan sistemlərə çevrilə biləcəyini" iddia edərək şirkətdən istefa verdiyin

Ötən il Qərbi Kaspi Universiteti 5 milyon manata yaxın mənfəət əldə edib

Qərbi Kaspi Universitetinin 2025-ci ildə ümumi gəlirləri 14 milyon 172,5 min manat, vergitutma məqsədləri üçün mənfəəti isə 4 milyon 963,1 min manat təşkil edib. Universitetin təqdim etdiyi mənfəət vergisi bəyannaməsind

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

Süni intellekt qlobal kapital dövriyyəsini necə işə saldı: 2008-ci il böhranı təkrarlana bilərmi?

Dairəvi maliyyələşdirmə modeli süni intellekt bumunu sürətləndirir, eyni zamanda dünya iqtisadiyyatındakı disbalansları dərinləşdirir. Bu mənzərə qlobal maliyyə böhranı ərəfəsindəki vəziyyəti xatırladır. . Müəlliflər: Şo

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Apple Park-da "Surprise and shine" adlı illik məhsul təqdimatını keçirib. Tədbir həm şirkətin tarixində ilk qatlanan iPhone-un nümayişi, həm də sentyabrı

"Landau" sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb

Azərbaycanın "Landau Education Group" təhsil şirkəti Özbəkistanda iki yeni məktəb açıb. xəbər verir ki, avqustun 23-də Özbəkistanda "Landau" adına iki STEAM (Science, Technology, Engineering, and Mathematics


iqtisadi xeberler valyuta kurslari dollar məzənnəsi valyuta mezennesi kicik biznes