Natiq Məmmədov Caspian Energy Georgia-nın sədri vəzifəsinə - TƏYİN OLUNUB

Natiq Məmmədov Caspian Energy Georgia-nın sədri vəzifəsinə - TƏYİN OLUNUBNatiq Məmmədov Caspian Energy Georgia-nın sədri vəzifəsinə təyin olunub
FED.az xəbər verir ki, bu barədə Caspian Energy Club-un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
Telman Əliyevin sözlərinə görə, Natiq Məmmədov Gürcüstan ərazisində Caspian Energy Club-un maraqlarını təmsil edəcək və eyni zamanda Klubun layihələrini idarə edəcək. "Natiq Məmmədov kifayət qədər uzun müddətdir ki, bir sıra ölkələrdə, o cümlədən Gürcüstanda Biznesi uğurla idarə edir. Klubun İdarə Heyəti Natiq Məmmədovun namizədliyini onun fəal işgüzar mövqeyinə və Gürcüstanın dövlət və özəl sektorları ilə geniş əlaqələri əsasında seçib", - deyə Telman Əliyev bildirib.
Natiq Məmmədov ona göstərilən yüksək etimada görə Caspian Energy Club-un Ali Rəhbərliyinə minnətdarlığını bildirib və qeyd edib ki Azərbaycan və Gürcustan sahibkarları arasında netvorkinqi genişləndirilməsində, ticari-iqtisadi əlaqələrin inkişafında aktiv iştirak edib, əlindən gələni edəcək. 
Natiq Məmmədov, həmçinin Caspian Energy Georgia ofisinə rəhbərlik etdiyi müddətdə Azərbaycan və Gürcüstan şirkətlərinin yaxından əlaqə saxlamaları və əməkdaşlıq etmələri üçün çoxsaylı işgüzar səfərlər və ikitərəfli görüşlər təşkil edən  Zaur Darabzadəyə minnətdarlığını bildirib. "Əminəm ki, komandamız müəyyən edilmiş templə işini davam etdirə biləcək", - N.Məmmədov bildirib.
O, həmçinin bildirib ki, onun təyinatı fevralın 28-də keçiriləcək beynəlxalq Caspian Energy Forum Tbilisi - 2023 təşkilinin fəal mərhələsinə təsadüf edib. Caspian Energy Forum Tbilisi - 2023-ün əsas mövzuları Gürcüstanın iqtisadi inkişaf modeli (Turizm, loqistika, kənd təsərrüfatı sənayesi, daşınmaz əmlak və azad iqtisadi zonalar), orta dəhlizin inkişafı, rəqəmsal iqtisadiyyat, yaşıl enerji və türkdilli dövlətlərin iqtisadi birliyi ilə əməkdaşlıq olacaq.
Forumda Gürcüstanın, Azərbaycanın, Türkiyənin,  habelə Xəzər, Qara dəniz və Baltik regionları ölkələrinin dövlət strukturlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət xidmət və dövlət agentliklərinin, bu ölkələrdə akkreditə edilmiş diplomatik və beynəlxalq missiyaların nümayəndələri, iri, kiçik və orta şirkətlərin rəhbərləri iştirak edəcəklər.
Caspian Energy Forum Tbilisi - 2023 nəticələrinə əsasən Gürcüstanın müxtəlif regionlarında hər ay B2G və B2B forumlarının, CEO Breakfast, CEO Lunch, həmçinin Business Tour və Round Table kimi tədbirlər təşkil olunacaq.
BİOQRAFİK MƏLUMAT:
Məmmədov Natiq Arif oğlu, 1985-ci ildə Gürcüstan Respublikasında anadan olub.
1991-ci ildə Bakı şəhəri 238 saylı orta məktəbə daxil olub. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər" fakültəsinə qəbul olub.
2007-ci ildə bakalavr təhsilini başa vuraraq Hərbi xidmətə yollanıb.
2008 - ci ildə Hərbi xidmətini başa vuraraq Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq Əlaqələr və Beynəlxalq Ticarət" ixtisası üzrə Maqistr pilləsinə qəbul olub.
Əmək fəaliyyətinə bakalavr təhsili alarkən 2005 – ci ildən etibarən yerli bankların birində mütəxəssis vəzifəsində başlayıb və daha sonra müxtəlif banklarda müxtəlif vəzifələrdə işləyib. 2015 – ci Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə sonuncu işlədiyi bankdan ayrılaraq "Assistance Group" şirkətini təsis edib.
2017 - ci ildə "Şəbəkə Travel" (daha sonra Assistance Tour Azerbaijan) şirkətini təsis etmişdir ki, sonradan bu şirkət ölkənin ən geniş filal şəbəkəsinə malik turizm şirkəti olmuşdur.
2017 - ci ildə daha bir şirkəti "Assistance Construction" şirkətini təsis etmiş və "Tikinti Quraşdırma İşlərinin aparılması" üçün lisenziya əldə edərək fəaliyyətini daha da genişləndirmişdir.
2018-ci ildə Kənd Təsərrüfatı sahəsinə də yatırım etməklə "FruitAz Agro" şirkətini təsis etmiş və əsasən İxrac məqsədi ilə intensiv bağçılıq salınmışdır.
2018 - ci ildə "Assisrance Tour Georgia"-nı təsis etmiş və Tbilisi, Batumi, Kutaisi şəhərlərində filial şəbəkəsi olmaqla Gürcüstan Respublikasında bir sıra Avropa ölkələrinin ekskluziv turizm partnyoru olaraq uğurla fəaliyyəini davam etdirir.
 Hal-hazırda "Assistance Constuction",  "Assistance Tour Azerbaijan" (ATA), "Assistance Tour Georgia" (ATG), "FruitAz Agro" şirkətlərinin təsisçisi və Baş Direktoru olaraq fəaliyyətini davam etdirir.
Həmçinin "Assistance Group" müxtəlif sosial layihələrdə iştirak etmişdir. O cümlədən sərt karantin dövründə Cənab Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük" çağırışını əsas tutaraq 200-dən artıq ailəyə ərzaq yardımı etməklə digər sahibkarları da eyni adlı çağırışa qoşulmağa dəvət etmişdir.
Qeyd edək ki, Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, BƏƏ, İsrail, Özbəkistan, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Biznes     Tarix: 23 yanvar 2023

Oxşar xəbərlər

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə "YAŞAT" Fondu ilə xeyriyyə turniri təşkil edib

NEQSOL Holding "YAŞAT" Fondu ilə əməkdaşlıq çərçivəsində "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "YAŞAT Kuboku" adlı xeyriyyə turniri təşkil edib. xəbər verir ki, turnirdə Holdinqin tərkibindək


iqtisadi xeberler depozit faizleri valyuta kurslari emlak xeberleri investisiya