"Naxçıvan Təlim Mərkəzi" publik hüquqi şəxs yaradıldı
"Naxçıvan Təlim Mərkəzi" publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalanıb.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsinə dair Tədbirlər Planı"nın gənclərin şəxsi və peşəkar inkişafı üçün tədbirlərin həyata keçirilməsi ilə bağlı 8.9.7-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov "Naxçıvan Təlim Mərkəzi" publik hüquqi şəxsin yaradılması barədə" 2024-cü il 11 iyul tarixində Fərman imzalayıb.
Müvafiq fərmanla yaradılan "Naxçıvan Təlim Mərkəzi" publik hüquqi şəxs muxtar respublikanın dövlət orqanlarında (qurumlarında) çalışan işçilərin peşəkar inkişafının dəstəklənməsi, gənclərin şəxsi və peşəkar inkişafı üçün müxtəlif mövzularda kursların təşkili və təlimlərin keçirilməsi, eyni zamanda, peşə qabiliyyətlərinin yüksəldilməsi məqsədilə fəaliyyət göstərəcək.
Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində mərkəzin nizamnaməsini təsdiq edəcək, habelə nizamnamə fondunun formalaşdırılmasını təmin edəcək. / marja.az

AMB: Kommersiya banklarında korporativ idarəetmə tələbləri yenilənəcək
Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu
Rabitəbank Visanin dəstəyi ilə gamer turniri keçirəcək
"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Biznes plan necə yazılır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Evdə biznes qurmağın yolları
Ən bahalı otellər hansılardır?
Biznes planı necə yazmaq lazımdır?