Nazir müavini: "Xaçmazdakı yanğının günahkarları cəzalandırılmalıdır"
"Xaçmazdakı yanğının günahkarları cəzalandırılmalıdır".
KONKRET.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
Şimal bölgəsində yanan ərazilərə baxış keçirən nazir müavini deyib ki, yanğınla bağlı müafiq komissiya yaradılıb.
"Həm səbəblər araşdırılır, həm də dəymiş ziyan hesablanır. Hüquq-mühafizə orqanlarından xahiş edirik ki, günahkarlar tapılsın. Belə meşəlik ərazini bərpa edib öz vəziyyətinə qaytarmaq üçün 50 il lazımdır. Samur-Yalama meşələri nəinki ölkəmiz, həmçinin dünya üçün əhəmiyyətlidir. Bu meşə tipi nadir hesab olunur. Cənubi Qafqazda yalnız Azərbaycan və Dağıstanda rast gəlinir. Biz meşələrimizi gələcək nəsillər üçün qorumalıyıq. Vətəndaşlara səslənirəm, ayıq-sayıq olun. Taxıl biçilmiş əraziləri yandırmayın", – V.Kərimov vurğulayıb. Report
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə