Nazir: "Rumıniyaya Azərbaycandan qaz nəqli üçün tranzit müqavilələri lazımdır"

Nazir: Rumıniya üçün Azərbaycandan təbii qaz nəql etmək üçün tranzit müqavilələri lazımdır.
Bunu Rumıniyanın energetika naziri Virgil Popesku bu gün Buxarestdə işinə başlayan Rumıniya Beynəlxalq Qaz Konfransında (RIGC) bildirib.
Onun sözlərinə görə, Rumıniya tərəfi çoxdandır Rusiyadan başqa, digər ölkələrdən olan təbii qazın da gətirilməsi üzərində işləyir: "Digər ölkələrdən qaz nəql etmək, mayeləşdirilmiş təbii qaz (LNG) nəql etmək, Azərbaycandan qaz gətirmək üçün tranzit müqavilələri lazımdır. Biz onların üzərində işləyirik. Təbii qazın tranzit müqaviləsini, LNG-nin Yunanıstanda və ya Türkiyədə müəyyən limanlarda boşaldılmasını başa çatdırdıqdan sonra onları ictimaiyyətə təqdim edəcəyik".
Xatırladaq ki, Azərbaycan təbii qazının nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İGB) Cənubi Balkanlardan gələn qaz nəqlinin bir hissəsini çoxdan fəaliyyə göstərən Rumıniyanın sistemi olan Gurgiu-Ruse boru kəmərinə və daha sonra BRUA ilə Macarıstan vasitəsilə qitənin mərkəzinə çatdırmağa imkan verir.
V. Popesku həmçinin qeyd edib ki, Rumıniya oktyabrın 1-də İGB-nin açılışına dəvət olunub: "Digər dövlətlərin nazirləri ilə birlikdə Rumıniyaya da Azərbaycan qazını idxal etməyə imkan verən İGB-nin açılşı üçün oktyabrın 1-də Bolqarıstana dəvət olunub. Hamımız iştirak edəcəyik və bu, Bolqarıstanda yüksək səviyyəli iştirak olacaq".
Qeyd edək ki, İGB Yunanıstanın milli qaz ötürücü sistemini və Yunanıstanın Komotini bölgəsindəki Trans-Adriatik Boru Kəmərini (TAP) Bolqarıstanın Stara Zaqora bölgəsində milli qaz ötürücü sistemi ilə birləşdirmək üçün nəzərdə tutulub. İnterkonnektorun ümumi uzunluğu 182 kilometr, nəqletmə qabiliyyəti isə Yunanıstan-Bolqarıstan istiqamətində ildə 3 milyard kubmetr nəzərdə tutulub. Uzunmüddətli perspektivdə IGB interkonnektoru İsrail və Kiprdən təbii qazı, həmçinin Azərbaycan və digər ölkələrdən əlavə həcmləri nəql edə biləcək.
IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən "mavi yanacağın" Bolqarıstana nəqlini nəzərdə tutur. "Bulgargaz EAD" dövlət şirkəti "Şahdəniz-2" yatağından 1 milyard kubmetr qazın tədarükü üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.
Avropa Komissiyası iyul ayında Azərbaycanla təbii qazın idxalını 2027-ci ilə qədər ildə ən azı 20 milyard kubmetrə çatdırmaq üçün anlaşma memorandumu imzalayıb. Trans-Adriatik Boru Kəmərinin qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması ilə bağlı yekun qərar gələn ilin əvvəlində qəbul olunacaq. Əlavə təbii qaz Azərbaycanın bir neçə yatağından gələcək. / banker.az

Xəbərlər     Tarix: 21 sentyabr 2022

Oxşar xəbərlər

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb


iqtisadi xeberler internetden pul qazanmaq leobank kart dollar kursu bitkoin almaq