Nə baş verib ki, neft bahalaşır?

Nə baş verib ki, neft bahalaşır?Dünən neft qiymətləri ABŞ-ın xam neft ehtiyatlarının gözlənilməz, böyük həcmdə azalmasından və Səudiyyə Krallığının energetika nazirinin OPEC+ hasilatının daha da azaldılması perspektivini artıran xəbərdarlığından sonra 2% artdı.
Banker.az xəbər verir ki, Brent markalı neftin iyul fyuçersləri 1.52 dollar və ya 2% artaraq 78.36 dollar/barelə bərabər olub. ABŞ-ın Qərbi Texas nefti (WTI) 1.43 dollar və ya 2% artaraq 74.34 dollar oldu. Hazırda Brent 78.33 dollar/barel, WTI 74.21 dollar/barel səviyyəsində ticarətini davam etdirir.
ABŞ-ın xam neft ehtiyatları, idxalın azalması ilə əlaqədar olaraq həftəlik 12.5 milyon barel azalaraq 455.2 milyon barelə qədər kütləvi şəkildə azalıb. Analitiklər 800 min barel artım gözləyirdilər.
ABŞ-ın benzin ehtiyatları həftə ərzində 2.1 milyon barel azalaraq 216.3 milyon barelə, distillə ehtiyatları isə 600 min barrel azalaraq 105.7 milyon barelə düşüb.
Mayın 29-da ABŞ-da Anım Günü tətilində pik yay səyahət mövsümünün başlanğıcını və yanacağa daha yüksək tələbat yarada bilər.
Brent neftinin fyuçers qiymət:
Nə baş verib ki, neft bahalaşır?İndi neft qiymətləri üçün əsas drayverlərdən biri də ABŞ FED-nin növbəti iclaslarda hansı qərarı verəcəyidir. Lakin ilkin siqnallar bunu deməyə əsas verir ki, FED artıq pauzaya gedəcə, bu dünən çıxan protokollardan da bunu təxmin etməyi əsas verir. İkinci bir məsələ, tənzimləyici inflyasiyanı çərçivəyə qaytarmaq üçün yüksəltdiyi faizləri nə vaxta qədər saxlaya biləcəyidir. Hazırda 5% üzərində uçot faizi özü də yüksək göstəricidir.
Bu arada Səudiyyə Ərəbistanının energetika naziri deyib ki, neft qiymətlərinin enişi üçün qısa mövqedə dayanan spekulyatları ağrıdan "diqqətli olmalıdırlar", deyib. Bu nə deməkdir? Böyük investorlar və hedc fondlar nefin qiymətinin fundamental əsası olmadan onun ucuzlaşmasına mərc qoyurlar və bu da nefin bazarın real tələb və təklifinə uyğun olmayaraq qiymətləri endirməli olur.
Bəzi investorlar nazirin bu ritorikasını iyulun 4-dəki iclasda OPEC və Rusiya və eləcə də Azərbaycan da daxil olmaqla müttəfiqlərinin hasilatın daha da azaldılmasını nəzərdən keçirə biləcəyinə işarə kimi qəbul etdikləri. İnvestorlar bunu çox yaxın tarixdə artıq yaşayıblar. Martın son həftəsinin son günündə gözlənilmədən könüllü hasilatı azaldacağını deməsi qısa mövqedə dayananlar üçün böyük ağrı ilə nəticələndi.
Daha geniş bazarları nəzərə alsaq, federal hökumətin borclanma limitini və ya defolt riskin yüksəlir. ABŞ-ın borc tavanı danışıqlarında irəliləyiş əlaməti yox idi. Dünən Banker.az olaraq buna uzun bir izah verdik.
Co Bayden və respublikaçı MakKarti bunu yenidən müzakirə etmək üçün Ağ Evə toplalaşacaqlar.

Xəbərlər     Tarix: 25 may 2023

Oxşar xəbərlər

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə


iqtisadi xeberler en son xeberler rubl mezenne depozit faizleri kicik biznes