Nə üçün texnoparklarda güzəştlərdən bəhrələnənlərin adları açıqlanmır?

Nə üçün texnoparklarda güzəştlərdən bəhrələnənlərin adları açıqlanmır?2022-ci ilin sonu Prezident İKT sektorunda inkişafa ciddi təkan verəcək bir sıra yeni sənədlər imzalayıb. Onlardan biri və ən əhəmiyyətlisi də texnoparka rezidentlik statusu alan hüquqi və fiziki şəxslərlə bağlıdır.
Belə ki, bu statusu alanlar 10 il müddətinə vergilərdən (gəlir və mənfəət vergisi, dividend, əmlak, torpaq) azad olunurlar,  sosial sığorta haqqları ilə bağlı ciddi güzəştlər verilir.  Texnologiya Parklarından (Texnopark) kənar fəaliyyət göstərən əcnəbi mütəxəssislərə iş icazəsinin alınması da  tələb olunmur.
Bununla bağlı şərh verən Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirir ki, güzəştlərin şamil olunduğu İT şirkətlərin fəaliyyət istiqaməti xeyli məhdud (sistem inteqrasiyası və proqram təminatı istehsalı) olsa da, qəbul olunan sənədlər sektorun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
"Yeri gəlmişkən, uzun müddətdən bəri gözlənilən bu güzəştlərin qəbulu istiqamətində  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN)  apardığı sistemli işlər də diqqət çəkən olub.
Görəsən Prezidentin bu fərmanı necə icra olunur,  indiyədək bu güzəştlər  kimlərə şamil olub, proses necə baş verir?"
Osman Gündüzə görə, qısa bir araşdırma ilə müəyyən etmək olar ki, bu sahədə səlahiyyətli qurum olan RİNN-nin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi cəmi bir dəfə bir neçə şirkətə texnopark rezidentliyi statusu Şəhadətnaməsinin verilməsi haqqında qısa bir məlumat paylaşıb.
"Status alan şirkətlərin adları açıqlanmayıb. Vəssalam. Hələlik bununla bağlı başqa məlumat tapmaq mümkün deyil.
Ümumiyyətlə, düşünürəm ki, bu güşətlərin tətbiqi ilə bağlı İRİA tərəfindən apsrılan işləri heç bir halda yetərli hesab etmək olmaz.
Onsuz da biz bu sahədə bir xeyli ləngimişik. Gəgəkdir ki, İRİA güzəştlərdən bəhrələnlərin sayının artması üçün ciddi işlər aparsın.
Təəssüf ki, bu sahədə hələlik şəffaflıq da yetərli deyil.
Maraqlandığım iddiaçıların heç bilri bilmir ki, proses necə təşkil olunur, meyarlar nədir, kimlərə şamil olunur,  qərarlar  necə qəbul edilir, kimlər iştirak edir?
Düşünürəm ki, İRİA -nın bu prosesin təşkilinə maraqlı tərəfləri cəlb etməsi, prosesi şəffaf qurması, qəbul edilən müraciətlər, güzəştlərdən bəhrələnlər və imtinalarla bağlı ətraflı məlumatlar verməsi çox vacibdir"- deyə, Osman Gündüz deyir.
O ümid edir RİNN və  İRİA qərarların qəbulu prosesinin şəffaf və maraqlı tərəflərin iştirakı ilə qurulmasına, hesabatlılığın təmin edilməsinə diqqəti artıracaq. / banker.az

Xəbərlər     Tarix: 18 may 2023

Oxşar xəbərlər

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb


iqtisadi xeberler pul qazanmaq dollar məzənnəsi birbank bitkoin qiymeti