Neftin qiyməti $86-ya yüksəldi – Yaxın gələcək üçün mümkün ssenari hansıdır?

Neftin qiyməti -ya yüksəldi – Yaxın gələcək üçün mümkün ssenari hansıdır?Neft qiymətləri Çindən gələn makro-iqtisadi məlumatların gözləntiləri üstələməsi və Ukraynanın Rusiya neftayırma zavodlarına hücumlarının geosiyasi riskləri artırması nəticəsində bir ayda ən böyük həftəlik irəliləyişdən ardından yenidən bahalaşıb.
Banker.az xəbər verir ki, Brent fyuşersinin bir bareli artıq 86 dollara çox yaxın bir diapazonda ticarət edilir. Bu da günlük 0.4 faiz artımdır. WTI isə hazırda 81 dollar ətrafında ticarət edilir.
Hər iki bençmark keçən həftə 4 faiz keçən həftə artım nümayiş etdirmişdi.
Bazar ertəsi rəqəmlər Çinin fabrik istehsalı və investisiyası ilin əvvəlində gözləniləndən daha güclü artıb. Bu ölkənin iqtisadi indiqatorlarının neft qiymətlərinə təsiri təsadüfi deyil, çünki dünyanın ən böyük neft idxalçısıdır.
Çin açıqlayıb ki, ölkə ərazisində sənaye 5.3% illik artım proqnozuna qarşı 7% yüksəlib. Əsas kapitala investisiyanın həcmi illik 4.2% artıb.
Bu arada Rusiyada həftə sonu Ukraynaya məxsus pilotsuz təyyarələr ölkə ərazisinin içəri hissələrində olan bir çox zavodu vurub.  Hücumlar Vladimir Putinin prezident seçkilərində qələbə çalması zamanı baş verib.
Xam neft ilin ilk aylarında üstünlük təşkil edən sıx ticarət diapazonundan çıxıb və qiymətlər bu yaxınlarda noyabr ayından bəri ən yüksək səviyyəyə qalxıb. Bu irəliləyiş OPEC+ hasilatı azaldılması və bu il qlobal kəsir proqnozları ilə dəstəklənib. Tonun dəyişməsini əks etdirən banklar, "Morgan Stanley" də daxil olmaqla, neft qiymətləri ilə bağlı proqnozlarını daha da artırıblar.
Ümumiyyətlə, Rusiyanın zavodlarına hücumlar keçən həftə neft qiymətlərində barrel üçün əlavə 2-3 dollar artıma səbəb oldu, lakin yenə diqqətlər ABŞ-nin pul siyasətinə yaxın zamanda fokuslanacağı yüksək ehtimaldır. Çünki FED-in fevralda yüksələn inflyasiyaya qarşı cavab tədbiri olarq faizlərin endirimini gecikdirə bilər. Bu özü özlüyündə iqtisadi artım üçün əngəldir və bunun fonunda neftə tələb yenidən düşə bilər.
Bu arada ABŞ Maliyyə Nazirliyi daha bir tankerə sanksiya tətbiq edib. Bu dəfə ABŞ-ın Yəməndə yerləşən husi yaraqlılarına dəstək məqsədilə İran mallarının daşınmasında iştirak etdiyini bildirən Marşal adaları bayraqlı "Lady Sofia"dır.

Xəbərlər     Tarix: 18 mart 2024

Oxşar xəbərlər

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm


iqtisadi xeberler avtomobil xeberleri dollarin kursu bu gun valyuta xeberleri valyuta kurslari