"NEQSOL Holding" "Udemy Business" ilə - TƏRƏFDAŞLIĞA BAŞLAYIR
NEQSOL Holding öz əməkdaşlarının təlim kurslarına çıxışını təmin etmək məqsədilə "Udemy Business" ilə tərəfdaşlığa başlayıb.
Holdinqin rəqəmsal təlim və ünsiyyət platforması olan NEQSOL Academy onlayn "Udemy Business" platformasında ekspertlərin təklif etdiyi 25,000-dən çox təlim kursuna korporativ çıxış təmin edəcək. Biznesdən dizayna, informasiya texnologiyalarından musiqiyə, sağlamlıqdan fərdi inkişafa qədər kateqoriyalarda "Udemy" karyera yüksəlişinə, fərdi və peşəkar inkişafa kömək edən unikal inkişaf imkanları təklif edir.
NEQSOL Academy 6 dildə müxtəlif təlim mövzuları təklif edərək NEQSOL Holding-in müxtəlif ölkələrdə çalışan 10,000-dən çox işçisinə bütün rəqəmsal təlim fəaliyyətini vahid mənbədən idarə etmək imkanı yaradır.
NEQSOL Holding "LinkedIn" ilə əməkdaşlıq edərək öz əməkdaşlarına 16,000-dən çox onlayn kursdan istifadə etmək və PMI, ISACA, ORACLE, SHRM və Six Sigma kimi peşəkar sertifikatlaşma imkanları əldə etmək üçün şərait yaradır. 2023-cü ildə NEQSOL Holding qlobal səviyyədə tanınan texniki təlim və öyrənmə resursları təchizatçısı "O"Reilly" ilə tərəfdaşlığa başladı. Tərəfdaşlıq çərçivəsində NEQSOL Holding-in əməkdaşları "OReilly"-nin proqram təminatının hazırlanması, verilənlərin təhlili və liderlik kimi müxtəlif mövzuları əhatə edən 50,000-dən çox elektron kitab, video və onlayn kurslardan ibarət geniş kitabxanasına çıxış əldə etmişdir.
NEQSOL Academy-nin təlim portfelinə Harvard Biznes Məktəbi və Massaçusets Texnologiya İnstitutunun Sloan Məktəbinin yüksək səviyyəli təlim resursları da daxildir. Bundan əlavə Akademiya "Crossknowledge", "RBL Group" və "Skillsoft" ilə də oxşar tərəfdaşlıqlar qurmuşdur.
NEQSOL Holding beynəlxalq şirkətlər qrupu 11 ölkədə telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərir. / fed.az

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Biznes planı necə yazmaq lazımdır?
Biznes qurmaq üçün nə lazımdır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta nədir və necə alınır?
Françayzinq nədir və necə olur?