"NEXUS" komandası Fransada beynəlxalq hakatonun qalibi olub

"Azərkosmos"un əsas tərəfdaşı olduğu "ActInSpace 2022" layihəsində 1-ci yer tutmuş Azərbaycan-Fransız Universitetinin tələbələrindən ibarət "NEXUS" komandası Fransanın Kann şəhərində keçirilən beynəlxalq "ActInSpace" kosmik texnologiyalar üzrə hakatonun qalibi olub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, tələbələr həm hakatonun "Qran-Pri"sini, həm də Avropa İttifaqının Kosmik Proqramlar Agentliyinin xüsusi mükafatını qazanıblar.
"NEXUS" komandası yanacaq sərfiyyatının səmərəliliyi və karbon emissiyalarının azaldılması üçün uçuş trayektoriyalarını optimallaşdıran həll təklif edib. Qaliblər "Qran-Pri" mükafatı olaraq "Airbus 310 Zero G" ilə çəkisizlik şəraitində uçuş imkanı qazanıblar. 
"NEXUS" komandasının digər təltifi – Avropa İttifaqı Kosmik Proqramlar Agentliyinin xüsusi mükafatı sabahın innovatorlarını bərpaolunan enerji mənbələrinə keçidi dəstəkləyən, yaxud enerji səmərəliliyi və qənaətini yaxşılaşdıra biləcək məhsulları, xidmətləri inkişaf etdirməyə çağırır.
"ActInSpace" Fransa Milli Kosmik Araşdırmalar Mərkəzi (CNES) və Avropa Kosmik Agentliyi (ESA) tərəfindən təşkil olunan, kosmik texnologiyaların cəmiyyət üçün istifadəsini nəzərdə tutan beynəlxalq hakatondur. Bu il yarışmada 35 ölkənin 66 şəhərini təmsil edən komandalar iştirak edib.
Xatırladaq ki, Azərkosmosun əsas tərəfdaşlığı ilə keçirilən "ActInSpace 2022" hakatonunda qurumun peşəkar mütəxəssisləri komandaların mentorları olaraq iştirak ediblər. Azərkosmosun əməkdaşları komanda üzvlərinə kosmik texnologiyaların imkanları, qarşıya qoyulan tapşırıqların formalaşdırılması və sonlandırılması ilə bağlı tövsiyələr veriblər. Sonda Azərkosmos nümayəndələrinin də yer aldığı münsiflər heyəti innovativ və real həllər təklif edən komandaları müəyyən edib. 
/ marja.az

Maraqlı     Tarix: 16 fevral 2023

Oxşar xəbərlər

Xaricdə təhsil alanlar üçün mühüm tarix – DİM imtahan keçirəcək

Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixl

İlon Maskın mobil rabitə bazarını dəyişdirmək planı

Son aylarda İlon Mask uzun müddətdir reallaşdırmaq istədiyi arzusuna çatmaq üçün ABŞ-nin ən böyük telekommunikasiya şirkətlərinin rəhbərlərinə müraciət edib. Sahibkar Verizon və digər korporasiyaların rəhbərliyindən SpaceX-

Bu vint raketlər və təyyarələr üçün vacibdir, amma bir ədədini almaq illər çəkə bilər

Tramp administrasiyası sursat istehsalını sürətlə artırmağa çalışdığı bir vaxtda bu ixtisaslaşdırılmış vintlər bahalı və son dərəcə qıt komponent olaraq qalır. Xarici görünüşcə bu detal köhnə əşyalar qutusunda yeri olan mexanizm

"Landau" sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb

Azərbaycanın "Landau Education Group" təhsil şirkəti Özbəkistanda iki yeni məktəb açıb. xəbər verir ki, avqustun 23-də Özbəkistanda "Landau" adına iki STEAM (Science, Technology, Engineering, and Mathematics

"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi

Süni intellekt şirkəti Anthropic-in əməkdaşı Ceykob Kokson (Jacob Coxon) süni intellektin "real güc və resurslar əldə edə biləcək fövqəlinsan sistemlərə çevrilə biləcəyini" iddia edərək şirkətdən istefa verdiyin

Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo

Apple ilk qatlanan iPhone-un yeni detallarını açıqladı. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun yeni texniki xüsusiyyətlərini açıqlayıb. iPhone Duo qapalı vəziyyətdə 5,4 düymlük xarici ekrana malikdir. Telefon açıldıqd

Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb

"Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır". Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən "Avropada Təhsil" sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, iki ölk

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır

ABŞ-nin texnologiya nəhəngi "Apple" şirkəti tarixində ilk dəfə sensor ekranla təchiz edilmiş "MacBook Pro" noutbukunu təqdim edib. Şirkət bununla uzun illər davam etdirdiyi sensor ekranlı noutbuklarda


iqtisadi xeberler valyuta xeberleri bank faizleri rubl mezenne dollar mezenne