Novak: "Rusiya neftinin əks tədarükü üçün Bakı-Tixoretsk kəmərinin genişləndirilməsi müzakirə edilmir"
Azərbaycan Rusiya ilə Rusiya neftinin Azərbaycan istiqamətində mümkün əks tədarükü üçün Bakı-Tixoretsk neft kəmərinin genişləndirilməsini müzakirə etmir.
Bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib.
"Bu layihə uzun müddətdir ki, heç yerdə müzakirə olunmur", – A.Novak qeyd edib.
Xatırladaq ki, Rusiya neftinin Azərbaycana əks tədarükü üçün Bakı-Tixoretsk neft kəmərinin genişləndirilməsi layihəsini ötən il Rusiya tərəfi təklif etmişdi. A.Novak 2023-cü ilin oktyabrında bəyan etmişdi ki, neft kəmərinin genişləndirilməsindən sonra neft tədarükünün həcmi 4 milyon tona çata bilər və bu neft Azərbaycanda emal edilə bilər. / banker.az

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Biznes qurmaq üçün nə lazımdır?
İban nədir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
"Freelance" nədir?