"OBA" "Qadının gücü" layihəsi ilə qadınların karyera qurmalarına dəstək olur - FOTOLAR
Veysəloğlu Şirkətlər Qrupu Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlığı çərçivəsində regionlarda yaşayan işsiz qadınlar üçün təlimlərə davam edir.
FED.az xəbər verir ki, növbəti dəfə Qusar rayonunda baş tutan təlim proqramı Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA" marketlər şəbəkəsinin "Qadının gücü" layihəsi əsasında təşkil olunub. Qusar rayonu ərazisində yaşayan 10-dan çox işsiz qadına "OBA" əməkdaşları tərəfindən "Satış və merçendayzinq", "Müştəri məmnuniyyəti" və "Korporativ yazışma qaydaları" mövzuları əsasında təlimlər keçirilib.
Tədbirin nəticəsində işsiz qadınlar marketdə karyera ilə bağlı ilkin məlumatlara yiyələniblər.Daha sonra "OBA" marketlər şəbəkəsi tərəfindən şirkətdə çalışmaq istəyən qadınlar üçün işəqəbul prosesi həyata keçirilib. Təlimdə iştirak edən qadınlardan bir çoxu "OBA"da uyğun vakansiyalarda çalışmaq üçün müraciət ediblər.
"OBA" marketlər şəbəkəsi sosial məsuliyyət layihələrinə xüsusi diqqət ayırır. Bu layihələr sırasında "Qadının gücü" böyük önəm kəsb edir. Layihə qadınların vakansiyalara uyğun olaraq seminar və təlimlərlə maarifləndirilməsini və iş həyatına adaptasiyasını hədəfləyir. Təlimlərin avqust-sentyabr ayları ərzində ölkəmizin bir neçə regionunda təşkil edilməsi nəzərdə tutulur.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Onlayn biznes ideyaları
Dünyanın ən çox maaş verən şirkətləri
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir?
Biznes qurmaq üçün nə lazımdır?