"OBA" "Şən startlar"ın yanında… - FOTOLAR
Gənclər və İdman Nazirliyi 1 İyun – "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə "Şən startlar" əyləncəli idman təşkil edib.
FED.az xəbər verir ki, Bakının "Qış parkı"nda keçirilən tədbirin dəstəkçiləri sırasında "OBA" marketlər şəbəkəsi də yer alıb.
Hər zaman sosial layihələrə xüsusi diqqət ayıran şirkət bu dəfə də kiçik qonşularının əyləncəli yarışmasında onların yanında olub.
11 rayon üzrə 7 yaşlı məktəblilər iştirak ediblər. Yarışda "Birincilər" (Binəqədi rayonu), "Gənclik" (Nərimanov rayonu), "Zəfər" (Nəsimi rayonu), "Nizami" (Nizami rayonu), "Qobustan" (Qaradağ rayonu), "Ulduzlar" (Sabunçu rayonu), "İçərişəhər" (Səbail rayonu), "Hövsan" (Suraxanı rayonu), "Cəsurlar" (Xətai rayonu), "Xəzri" (Xəzər rayonu), "Sülh quşu" (Yasamal rayonu) komandaları mübarizə aparıblar.
Xüsusi avadanlıqların quraşdırıldığı ərazidə oyunlar estafet, müxtəlif əyləncəli idman yarışları formatında keçirilib. Uşaqlar uzunluğa tullanma, nizə atma, halqaları keçərək sona çatmaq, maneələri dəfetmə və kornhol yarışlarında öz güclərini sınayıblar.
Yekunda tədbirin su təminatını öz üzərinə götürən Veysəloğlu Şirkətlər Qrupuna, "OBA" marketlər şəbəkəsinə və "Saf bulaq" su markasına xüsusi təşəkkür edilib.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Onlayn biznes növləri
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznesə aid ən yaxşı 10 kitab
Onlayn biznes ideyaları
Dizaynerlər üçün TOP-5 Freelance sayt