"OBA"dan marketdə çalışan əməkdaşlarına - MARAQLI JEST
Yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən "OBA" marketlər şəbəkəsi Yeni il tədbiri ilə bağlı maraqlı bir ilkə imza atıb.
FED.az xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin üzvü, Marketinq direktoru Hikmət Əliyev öz sosial media hesabında yazıb:
"OBA" olaraq bayramı möhtəşəm bir zalda keçirmək əvəzinə, ofis şəraitində qeyd etdik. Bayram üçün ayrılan vəsait isə CEO-muz Natəvan İbrahimovanın qərarı ilə 1150-dən çox filialımızda çalışan əməkdaşlarımızın hesabına köçürüldü. Böyük, təntənəli bayram yerinə əməkdaşlarımızın təbəssümü bizə daha önəmli idi".
Əldə etdiyimiz məlumata görə, tədbir zamanı şirkət 20-ə yaxın əməkdaşını müxtəlif nominasiyalarda təltif edib.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC ölkə üzrə 1150-dən çox marketi və 6000-ə yaxın əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
Evdə biznes qurmağın yolları
İban nədir?
SMM nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?