Oğlunu faciəli şəkildə itirdi, yoldaşı şər atdı, dəfninə heç kim gəlmədi: "Toylar kralı"nın həyatı - FOTO

Oğlunu faciəli şəkildə itirdi, yoldaşı şər atdı, dəfninə heç kim gəlmədi: Oğlunu faciəli şəkildə itirdi, yoldaşı şər atdı, dəfninə heç kim gəlmədi: "Toylar kralı"nın həyatı - FOTO
Xalq artisti Səməd Səmədov haqqında maraqlı faktlar məlum olub.
Kulis.az-ın araşdırmasını təqdim edirik:
Səməd Səmədov 1946-cı il, sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə baş verən zəlzələdən sonra ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu kimi musiqi xadimləri ilə birgə Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra A.Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfinə daxil olub.
Oğlunu faciəli şəkildə itirdi, yoldaşı şər atdı, dəfninə heç kim gəlmədi: Hərbi xidmətə yollanan Səməd xidməti başa vurub qayıtdıqdan sonra qonşuluğunda yaşayan Zərifə adlı qızdan xoşu gəldiyini hiss edir. On altı yaşı olan Zərifə ilə Səməd bir-birlərini sevirlər və ailə qurmaq qərarına gəlirlər. Ancaq ailələrinin etirazını nəzərə alan Səməd Zərifəni qaçırır. Onlar ailə qururlar. Bu evlilikdən cütlüyün Emin adlı oğlu doğulur.
Yeddi ildən sonra isə cütlük yollarını ayırır. Səməd Səmədov İradə adlı xanımla, Zərifə xanım isə başqa bir bəylə ailə həyatı qurur. Müğənninin ikinci evlilikdən bir qız, bir oğul övladı dünyaya gəlir.
Oğlunu faciəli şəkildə itirdi, yoldaşı şər atdı, dəfninə heç kim gəlmədi: Müğənninin ilk evliliyindən olan oğlu Emin polis işləyir. Uzun illərdən sonra ilk dəfə atasını görməkdən ötrü onun evinə gedir, ancaq Səməd bəy oğlunu qarşılamaq üçün qapıya çıxmır. Peşman halda evlərinə qayıdan Emin anasına deyir:
"Sən ilk dəfə idi ki, mənim başımı yerə soxdun".
Emin ömrünün ən gözəl çağında, 24 yaşında dünyasını dəyişir. Onun ölümü barədə isə Zərifə xanım müsahibələrinin birində deyir:
"Oğlum bir qızın namusunu qorumaq üçün 47 dəfə bıçaqlanıb. Atası oğlumun ölümündən üç gün sonra yasa qırmızı pencəklə gəldi".
Oğlunu faciəli şəkildə itirdi, yoldaşı şər atdı, dəfninə heç kim gəlmədi: Ancaq Səməd Səmədov müsahibələrinin birində deyir:
"O xanım məni, xəstə atamı və oğlumu atıb cavan oğlana qoşulub getdi. Oğluma 10 yaşına kimi anamla mən baxmışam. Sizcə, hansı ata öz oğlunun yasına qırmızı geyinib gələ bilər? Canımın bir parçası olan övladımın ölümü məni necə sevindirə bilər? O ki qaldı oğlumun qəbrini ziyarət etməməyimə, mən çəkiliş qrupunu belə oraya apardım. Oradakı molla bildirdi ki, Səməd müəllim ayda heç olmasa iki-üç dəfə oğlunun ziyarətinə gəlir. Onun həyat yoldaşını isə biz səkkiz il olar ki, burada görmürük. Oğlum Eminin qəbrini onun qırx mərasimi hələ çıxmamış düzəltdirmişdim".
1988-ci ildən Səməd Səmədov toylarda çıxış edir. 1992-ci ildə, Eldar Mansurovun Firuz Dilənçinin "Qızlar" adlı şeirinə bəstələdiyi mahnını ifa etdikdən sonra xeyli məşhurluq qazanır.
Oğlunu faciəli şəkildə itirdi, yoldaşı şər atdı, dəfninə heç kim gəlmədi: Məclislərin birində Xalq artisti İlhamə Quliyeva Səməd Səmədova "Toylar kralı" titulu verdiyini deyir. Bundan sonra, doğrudan da, hər kəs onu bu ləqəblə çağırmağa başlayır. Müğənniyə olan toy tələbatı da günü-gündən çoxalır.
Səməd Səmədov "Gözlər, gözlər", "Ad günü", "Nazlı yarım", "Qayıt, gəl" mahnıları ilə məşhurluq qazanıb.
Müğənni haqqında ən çox gəzən söz-söhbətlərdən biri belə idi: O, əvvəllər müğənni kimi yox, toy məclislərində müğənnilərin köməkçisi kimi işləyib, onların musiqi alətlərini daşıyıb. Ancaq onun gənclik illərində toylarda mahnı ifa edərkən çəkdirdiyi şəkillər bu söhbətlərin əsassız olduğunu sübut edir.
Oğlunu faciəli şəkildə itirdi, yoldaşı şər atdı, dəfninə heç kim gəlmədi: Bir dəfə isə Səməd Səmədov efirdə Azərbaycan dövlət himninin müəlliflərini tanımır. Bu söhbətdən sonra əleyhinə danışanlar və yazanlar daha da çoxalır. "Dövlət himninin bəstəkarını tanımayan Xalq artisti" adlı yazılar yayılmağa başlayır.
Müğənni karyerası boyu Ruhəngiz Allahverdiyeva, Bəsti Bəkirova, Sevda Əliqızı ilə duetlər ifa edib. Onun ən uzunmüddətli dueti Sevda Əliqızı ilə olub.
Oğlunu faciəli şəkildə itirdi, yoldaşı şər atdı, dəfninə heç kim gəlmədi: 24 iyul 2021-ci ildə Səməd Səmədov 74 yaşında koronavirus səbəbi ilə müalicə aldığı xəstəxanada dünyasını dəyişir. Həmkarı Sevda Əliqızının sözlərinə görə, sənət dostları Cavanşir Məmmədov, Əli Mirəliyev və Ədalət Şükürovdan başqa, heç kim müğənninin dəfninə gəlmir.
Səməd Səmədovla ən çox mübahisəsi olan, onu müğənni hesab etmədiyini, Xalq artisti adının ona yaraşmadığını deyən müğənni Əli Mirəliyev Səməd Səmədov dünyasını dəyişəndən sonra açıqlama verərkən deyir:
"Onun sağlığında qədrini bilmədim. Səmədin ölümündən sonra bir müddət ümumiyyətlə efirlərə çıxmadım. Heç kimlə danışmadım, heç kimə heç nə demədim. Düz adam idi. Heç kimin etmədiyini etdi. Xəstəxanadan zəng edib deyib ki, mən koronavirusa yoluxmuşam, ölürəm, behi qaytarın. Hansı müğənni onu edərdi?"

Xəbərlər     Tarix: 10 avqust 2022

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb


iqtisadi xeberler investisiya valyuta xeberleri pul qazanmaq bitkoin almaq